Məhkəmə qərarları › İş №3(003)-1458/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1458/2022

16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1458/2022 16.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs xx xxxxxxxx 1999-cu ildə Yardımlı rayonu, Gendərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yardımlı rayonu, Gendərə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Neftçilər küçəsində nömrəsiz fərdi evdə kirayədə yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xəzər RPİ-nin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 16 sentyabr 2022-ci il tarixli protokola əsasən Şəxs 15 sentyabr 2022-ci il tarixdə Buzovna qəsəbəsində yerləşən neftin ərazisində istifadəyə yararsız dəmir tullantıları oğurlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin təhqiqatçısı Fariz Məmmədov tərəfindən 15 sentyabr 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, metal yığıb satmaqla ailəsini dolandırır. Özü Buzovna qəsəbəsində kirayədə yaşayır. 15 sentyabr 2022-ci il tarixdə Buzovna qəsəbəsi ərazisində çöllük və hasarı olmayan ərazidə metal qırıntılarını yığmışdır. Sonra onu 2 nəfər saxlamış və həmin ərazinin neft şirkətinə məxsus olduğunu bildirmişlər. Lakin onun bu barədə məlumatı olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs 15 sentyabr 2022-ci il tarixdə Buzovna qəsəbəsində yerləşən neftin ərazisində istifadəyə yararsız dəmir tullantıları oğurlamışdır. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, ailəyə qazanc gətirən yeganə şəxs olduğunu məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə inzibati xəta törətmiş şəxsin barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən Şəxs məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq alıb hesab edir ki, onun barəsində inzibati həbs tətbiq edilməsi məqsədə müvafiq deyildir və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə ictimai işlər növündə tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan AZA seriyalı 011854 nömrəli, 15 sentyabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 sentyabr 2022-ci il tarixdə, saat 18:30-da inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinsin və ona 160 (yüz altmış) saat ictimai işlər təyin olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar