Məhkəmə qərarları › İş №3(003)-146/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-146/2022

24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-146/2022 24.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə 07 mart 1985-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, deməsinə görə himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan və əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən tərtib olunmuş 24 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Əzizov X5 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədlərinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə göstərdi ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli icra icra sənədinə əsasən Şəxs "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə 1020 manat pul tutulmalıdır. Bundan başqa, Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Şəxs X2 xeyrinə 21030 manat məbləğində pul tutulmalıdır. Bundan əlavə, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs X3 xeyrinə 6000 manat məbləğində pul tutulmalıdır. Xəzər rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən qeyd olunan icra sənədləri bir icraatda birləşdirilmiş, tələbin könüllü icrası barədə borcluya bildirişlər göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs adına hər hansı bir əmlakın olmaması barədə cavablar alınmışdır. Borclu bu günə kimi icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Sonradan icra şöbəsinə gəlmədiyinə görə Şəxs barəsində xx.xx.2021-ci il tarixdə axtarış qərarı qəbul edilmişdir. Borclu Şəxs bu gün saat 17:00-da icra şöbəsinə gəlmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədlərinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. 2015-ci ildən 2020-ci ilədək cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Cəzadan azad olunduqdan sonra maddi vəziyyəti ağır olduğundan o, borcunu ödəyə bilməmişdir. Lakin borclu Yeganə Quliyevaya olan 21000 manat məbləğində borcu tam ödəməsinə baxmayaraq məhkəməyə hər hansı bir qəbz təqdim edə bilmir. Eyni zamanda Yeganə Quliyevanın hal-hazırda yaşadığı ünvanı da bilmir. O, bu gün saat 17:00-da könüllü olaraq icra şöbəsinə gəlmişdir. Məhkəmə tərəfindən ona vaxt verilərsə, hər ay borcundan 50 manat ödəniş edə bilər. Bundan başqa, himayəsində onkoloji xəstə olan anasının, 2 azyaşlı uşağının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X4 göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs onun xeyrinə 6000 manat məbləğində pul tutulmalıdır. O, həmin puldan 1000 manatını Şəxs güzəşt etmişdir. Buna baxmayaraq, Şəxs ona borcdan heç bir ödəniş etməmişdir. Məhkəmədən Şəxs həbs cəzasının verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli icra icra sənədindən görünür ki, Şəxs "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə 1020 manat pul tutulmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra icra sənədindən görünür ki, Şəxs X2 xeyrinə 21030 manat məbləğində pul tutulmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, Şəxs X3 xeyrinə 6000 manat məbləğində pul tutulmalıdır. İş materiallarına əlavə edilən Xəzər rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, qeyd olunan icra sənədləri bir icraatda birləşdirilmişdi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətə inzibati həbs olunmuşdur. Məhkəmədə müəyyən olundu ki, Şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012ci il tarixli, Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs bir il ərzində eyni xətanı təkrar törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədlərini heç bir üzürlü səbəb olmadan icra etməməsini, məsuliyyətini ağırlaşdıran halı nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixə saat 17:00-da icra şöbəsinə gəlmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 24 yanvar 2022-ci il tarixdən, saat 17:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar