Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1465/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə Şəxs 07 avqust 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 19 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2660/2019 saylı, 18 sentyabr 2019cu il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2660/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" ASC-nin xeyrinə cəmi 14076,73 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 13 fevral 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. 29 iyul 2021-ci il tarixdə borclunun qeydiyyatda olduğu ünvanda yaşamadığı müəyyən olunduğundan bu barədə akt tərtib olunmuş və həmin tarixdə borclunun barəsində axtarış elan olunmuşdur. Borclu olan borcundan hal-hazıradək heç bir ödəniş etməmişdir. Öz hərəkətləri ilə Şəxs qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. İcra məmuru heç vaxt onun yaşadığı evə gəlməmiş və onu heç yerə çağırmamışlar. Sahə müvəkkili onun axtarışda olduğunu bildirmiş və o, icra şöbəsinə gəlmişdir. Orada onun barəsində məhkəmə qərarı olmasından xəbər tutmuş, icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi qəbul etmişdir. Lakin onun qətnamədən məlumatı olmamışdır. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 2660/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Şəxs "xxxx" ASC-nin xeyrinə cəmi 14076,73 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan 29 iyul 2021-ci il tarixli aktdan görünür ki, borclu Şəxs qeydiyyatda olduğu ünvanda yaşamır. İş materiallarında olan 29 iyul 2021-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. Məhkəmədə müəyyən olundu ki, icra işində borclu Şəxs ünvanlanmış icaata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş olsa da, həmin qərarın və bildirişin göndərilməsini, qərarın və bildirişin borcluya çatdırılmasını, çatdırılmadığı halda səbəbini təsdiq edən heç bir sənəd iş materiallarına əlavə olunmamışdır. Həmçinin 29 iyul 2021-ci il tarixli aktdan görünür ki, borclu qeydiyyatda olduğu ünvanda yaşamır. Bu isə onu göstərir ki, borclunun Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2660/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli icra sənədindən məlumatı olmadığından o, qərarın icrasından qərəzli şəkildə boyun qaçırmamışdır. Ona görə də, onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1465/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1465/2022
19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver