Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1467/2021 25.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 və Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, ədliyyə kapitanı X2 iştirakları ilə X4 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, ədliyyə kapitanı X5 tərəfindən tərtib edilmiş 04 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində 04 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, o, öz ailə üzvləri ilə birlikdə çimərlikdə istirahət edən zaman, özünə məxsus kiçik qayıqla dənizdə hərəkət edirmiş. Həmin zaman sahil zolağında təhlükəsizlik məqsədilə qoyulmuş şarları keçmədiyi halda onun barəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinə çıxaraq, su sərhədboyu rejimini pozması ilə bağlı barəsində Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə protokol tərtib edilərək 250 (iki yüz əlli) manat cərimə edilmişdir. Qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, ədliyyə kapitanı X5 qərarın qanuni və əsaslı olduğunu, ləğv edilməsi üçün heç bir əsas olmadığını bildirərək məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət ərizəsini araşdırıb, şikayətçinin və nümayəndənin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, ədliyyə kapitanı X5 tərəfindən tərtib edilmiş 04 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 rejim qaydalarını pozmuşdur. Buna görə də, Azərbaycan Respublikası İXMnin 571-ci maddəsi ilə 250 (iki yüz əlli) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 122.8-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, ədliyyə kapitanı X5 tərəfindən tərtib edilmiş 04 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 rejim qaydalarını pozduğundan, Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə 250 (iki yüz əlli) manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115-117, 128- 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, ədliyyə kapitanı X5 tərəfindən tərtib edilmiş 04 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1467/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1467/2021
25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver