Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1468/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə Şəxs 25 avqust 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 20 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1142/2019 saylı, 27 mart 2019-cu il tarixli və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2160/2021 saylı, 20 may 2021-ci il tarixli icra sənədlərinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1142/2019 saylı, 27 mart 2019-cu il tarixli icra sənədinə əsasən 08 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Alimentin tutulması 11 fevral 2019-cu il tarixdən hesablanmalıdır. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 04 aprel 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. 10 iyun 2019-cu il tarixdə və 13 iyul 2020-ci il tarixdə borcunun barəsində məcburi gətirmə tətbiq olunmuşdur. 27 avqust 2020-ci il tarixdə borcunun barəsində axtarış elan olunmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli qərardadı ilə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2160/2021 saylı, 20 may 2021-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 1142/2019 saylı, 27 mart 2019-cu il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılmış və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 08 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 17 iyul 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Borclu alimentdən müəyyən qədər ödəniş etsə də, hal-hazırda 5725 manat borcu vardır. Öz hərəkətləri ilə Şəxs qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, ondan aliment tutulduğu vaxtdan etibarən hiss-hissə olmaqla 1330 manat ödəniş etmişdir. Sonuncu ödənişi 22 fevral 2022ci il tarixdə 150 manat olmuşdur. Barəsində inzibati protokol tərtib olunan günü 500 manat, məhkəmə tərəfindən verilmiş müddət ərzində isə 300 manat ödəniş etmiş, qalan borcu isə hissə-hissə olmaqla ödəyəcəkdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 1142/2019 saylı, 27 mart 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, 08 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Alimentin tutulması 11 fevral 2019-cu il tarixdən hesablanmalıdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 2160/2021 saylı, 20 may 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1142/2019 saylı, 27 mart 2019-cu il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılmış və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 08 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə olunmuş 20 sentyabr 2022-ci il tarixli qəbzən görünür ki, Şəxs 500 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş 30 sentyabr 2022-ci il tarixli qəbzən görünür ki, Şəxs 300 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs hissə-hissə olsa da, tələbkara icra sənədi üzrə aliment ödəmişdir, yəni Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1142/2019 saylı, 27 mart 2019-cu il tarixli və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2160/2021 saylı, 20 may 2021-ci il tarixli icra sənədlərinin icrasından qərəzli şəkildə boyun qaçırmamışdır. Hazırda isə tələkara olan borcundan cəmi 800 manat ödəniş etmişdir və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1468/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1468/2022
05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver