Məhkəmə qərarları › İş №3(003)-147/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-147/2022

25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-147/2022 25.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəlievin, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görəailəli, himayəsində 3 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan və əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X8, nömrəsiz fərdi evdə qeydiyyatda olan və yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən tərtib olunmuş 25 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq Şəxs vəİsayeva Rumiyyə Fizuli qızından xx.xx.2009cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək hər ay hər birindən 85 manat, cəmi 170 manat məbləğində aliment tutularaq X3 verilməlidir. xx.xx.2020-ci il tarixdə icra sənədinin icraata başlanması barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs adına hər hansı bir əmlakın olmaması barədə cavablar alınmışdır. Borclu xx.xx.2021-ci ildə 500 manat ödəniş etmiş vəbu günə kimi onun borcu 1540 manat təşkil edir. Şəxs İcra şöbəsinə gəlmədiyinə görə barəsində xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə axtarış qərarları qəbul edilmişdir. Borclu Şəxs bu gün saat 16:30-da icra məmurlarının vasitəsilə şöbəyə gətirilmişdir.Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, o, fərdi əməklə, ev təmiri işləri ilə məşğul olur.2021-ci ildə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və halhazırda da cəzasınıçəkir. xx.xx.2021-ci ildəo, borcundan 500 manat ödəniş etmişdir. Bundan sonra iş yerində xəsarət aldığına görə uzun müddət müalicə olunmuş və işləyə bilməmişdir. Məhkəmə tərəfindən ona vaxt verilməsini xahiş edərək 15-20 gün ərzində borcundan 300 manat ödəniş etmək istədiyini bildirdi. Məhkəmə iclasında tələbkar X4 göstərdi ki, oğlu Seymur xx.xx.2021-ci ildə borcundan 500 manat ödəniş etmişdir. Uzun müddətdir ki, Seymur oğlu Kənanın saxlanılması üçün heç bir ödəniş etməmişdir. Şəxs barəsində hər hansı cəzanın verilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq Şəxs vəİsayeva Rumiyyə Fizuli qızından xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək hər ay hər birindən 85 manat, cəmi 170 manat məbləğində aliment tutularaq X3 verilməlidir. İş materiallarına əlavə edilən Xəzər rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrəxx.xx.2021-ci il tarixdən sonra heç bir ödəniş etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədini uzun müddət ərzində heç bir üzürlü səbəb olmadan icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixə saat 16:30-da icra məmurlarının vasitəsilə icra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) günmüddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 2yanvar 2022-ci il tarixdən, saat 16:30-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim ƏkrəmQəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar