Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1473/2022 18.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında 0100-1966/22 nömrəli, 15 sentyabr 2022-ci il tarixli protokola əsasən Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından idxal edilən malların daşındığı 61K21774/61K1990 nömrəli yük nəqliyyat vasitəsi 30 avqust 2022-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımqara gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. Nəqliyyat vasitəsində ümumilikdə 9 fərqli idxalatçıya məxsus yüklər daşındığından “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçı Şəxs MMC-yə məxsus yüklərin də, təyinatı İpək yolu gömrük postu təsdiq olunaraq nəqliyyat vasitəsi 30 avqust 2022-ci il, saat 14:29-da təyinat üzrə yola salınmışdır. Qeyd olunan nəqliyyat vasitəsi faktiki olaraq 31 avqust 2022-ci il, saat 01:48də İpək yolu gömrük postuna çatmasına baxmayaraq Şəxs MMC tərəfindən malların 30 avqust 2022-ci il, saat 16:05-də çatdırıldığı barədə Dövlət Gömrük Komitəsinin VAİS proqram təminatında qeydiyyat aparılaraq gömrük orqanına düzgün olmayan məlumat verilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş Şəxs MMC-nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta Bakı Baş Gömrük idarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, 18 oktyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini və protokolla razı olduğunu bildirmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və ən aşağı həddə cərimə olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs MMC malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirərkən barədə gömrük orqanına təhrif olunmuş məlumatlar vermişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC tərəfindən ilk dəfə inzibati xətanın törədilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə bilinib 250 (iki yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1473/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1473/2022
18.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver