Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1475/2025 10.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirirək, məhkəmə Müəyyənetdi: Bakı şəhər Xəzər rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş Şəxs İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə materialları araşdırdıqdan sonra hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, EQ24190912 nömrəli protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:09-da “Vaz 21074” minik markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş intizibati xətanı törətməsinə görə barəsində 50 manat məbləğində cərimə edilmə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, protokol əsasında tətbiq edilmiş cərimə və dəbbə pulu ödənilməmişdir. İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yuxarıda qeyd olunan qərar qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan onu icra etməmişdir. Şəxs əməlində İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olsa da, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət keçmişdir. Belə ki, İXM-nin müddəalarına görə inzibati xəta idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar aiddir və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən bu xətalar üçün inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər (İXM-nin 529.3-cü maddəsi). İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (İXM-nin 53.1.6-cı maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXM-nin 105.1-ci maddəsi). İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir (İXM-nin 109.2-ci maddəsi). Məhkəmə iş üzrə materiallardan müəyyən edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə törətdiyi inzibati xətaya görə həmin tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsasında barəsində inzibati cərimə tətbiq edilmiş, həmin qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan onu icra etməmiş, nəticədə inzibati məsuliyyətə cəlb etmə müddətinin qərarın qanuni qüvvəyə minməsi nəzərə alınmaqla İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmiş və protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ona görə də, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət keçmişdir. Göstərilənlərə əsasən və yuxarıda sadalanmış qanunvericiliyin tələblərini rəhbər tutaraq, Şəxs İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunmalı və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 109.2, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunsun və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X2
Məhkəmə qərarları › İş №3(003)-1475/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1475/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver