Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1476/2021 19.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Bakı şəhəri Xəzər RPİ 1-ci PŞnin sahə inspektoru, polis leytenantı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi - 08 vəkil bürosunun vəkili X5, zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər RPİ 1-ci Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis leytenantı X10 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 18 noyabr 2021-ci il tarixli protokola və iş materiallarına əsasən Şəxs 29 sentyabr 2021-ci il tarixdə saat 13:00 radələrində arvadı X2 döymüşdür. Şəxs əməlində cinayət tərkibi olmadığından Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elvin Hacıyev tərəfindən 13 noyabr 2021-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis leytenantı X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 göstərdi ki, Şəxs ilə 11 ildir ki, evlidir, onunla birgə nikahından 3 övladı var, onlardan biri xəstədir və daim həkim nəzarəti altında müalicə olunur. Yaşadıqları ünvanda ərinin qardaşı X4 da yaşayır. Elşən və onun qardaşı Elçin mütəmadi olaraq evdə münaqişə yaradır və onu təhqir edir, döyərək xəsarətlər yetirirlər. 29 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində yaşadığı evdə olan zaman əri Elşən ilə aralarında yaranan mübahisə zamanı Elşən uşaqlarının gözü qarşısında yumruq və təpiklə onun bədən və qol nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Elşənin qardaşı Elçin də evdə münaqişə yaradaraq əvvəllər onu döymüşdür. Əvvəllər uşaqlarının xətrinə Elşəni ona qarşı etdiyi zorakı hərəkətə görə bağışlamışdır, lakin hazırda münasibətləri dözülməz həddə gəlib çatmışdır, bundan sonra onların bir ailə kimi bir yerdə yaşamaları mümkün deyildir. Hazırkı hadisə 29 sentyabr 2021-ci il tarixdə baş vermiş, lakin Elşən onun hər bir hərəkətinə və telefon danışıqlarına da nəzarət etdiyinə, onu evdən bayıra buraxmayıb faktiki olaraq hər yerdən təcrid etdiyinə görə qorxduğu üçün heç kəsə bu barədə heç nə bildirməmiş, hətta 11 oktyabr 2021-ci il tarixdə qardaşının toy məclisində Elşən və uşaqları ilə birlikdə iştirak edən zaman da həm qorxusundan, həm də toyda qanqaraçılıq salmamaqdan ötrü valideynlərinə də həmin hadisə barədə heç nə deməmiş, toydan sonra isə 21 oktyabr 2021-ci il tarixdə hadisə barədə şikayət etmişdir. Hazırda o, Elşən ilə barışmışdır, ona qarşı şikayəti yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq, Elşən barəsində olan hazırkı inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, o, 11 ildir ki, X3 ilə evlidir və onunla birgə nikahından 3 övladı var, onlardan biri xəstədir və daim həkim nəzarəti altında müalicə olunur. O, Aytəkini heç vaxt döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Aytəkinin dediklərinin hamısı yalan və böhtandır, çünki, əgər hadisə Aytəkinin dediyi kimi 29 sentyabr 2021-ci il tarixdə baş vermişdisə, onda bəs Aytəkin və uşaqları ilə birlikdə 11 oktyabr 2021-ci il tarixdə Aytəkinin qardaşının toyunda iştirak edərkən o, niyə bu haqda heç kimə heç nə deməmiş, hadisədən dərhal sonra deyil, 21 oktyabr 2021-ci il tarixdə şikayət etmişdir? O, zəhmətkeş insandır, öz ailəsini yaxşı dolandırır, xəstə uşağını həmişə həkimə apararaq müalicə etdirir və hazırda Aytəkin iki uşaqla birlikdə valideynlərinin evində yaşasa da, həmin xəstə uşaq onun yanında qalır. Aytəkinin valideynləri ilə də münasibətləri həmişə yaxşı olmuşdur. Lakin Aytəkin əvvəllər də heç bir əsaslı səbəb olmadan yaşadıqları evi dəfələrlə tərk edərək valideynlərinin evinə getmiş və aylarla onlarda qalmışdır, sonradan isə Aytəkinin valideynləri onun ailə işinə tez-tez müdaxilə etməyə başlamışlar, nəticədə vəziyyət bu yerə gəlib çatmışdır. Bir daha qeyd edir ki, o, 29 sentyabr 2021-ci il tarixdə Aytəkini döyməmiş və ona xəsarət yetirməmişdir, ekspert rəyi ilə razı deyildir, çünki, aradan 23 gün keçdikdən sonra verilmiş rəy əsl həqiqəti əks etdirə bilməz və həmin xəsarəti Aytəkinin özünün özünə yetirməsi mümkündür. Hazırda o, Aytəkin ilə barışmışdır, Aytəkinin ona qarşı şikayəti və tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X8 da oxşar izahat verdi. İş materiallarına əlavə olunan Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elvin Hacıyevin 13 noyabr 2021-ci il tarixli qərarından görünür ki, baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunan 1346 nömrəli, 25 oktyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, A.S.Çerpanovanın bədənində aşkar edilmiş xəsarət — sol bazunun qonuru rəngli piqmentasiya sahəsi qançır izi olub küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə tibb müayinəsindən 25-27 əvvəl olmaqla, qərarda göstərilən 29 sentyabr 2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, A.S.Çerpanovanın bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının CM-nin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək inzibati xətanı törətmiş şəxslə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İnzibati xətanı törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-117, 157, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1982-ci il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və zərər çəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1476/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1476/2021
19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver