Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1476/2022 11.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi, vəkil X1 iştirakı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında EP seriyalı ******* nömrəli, 12 sentyabr 2022-ci il tarixli protokola əsasən "xxxx" MMC 32300 ABŞ dolları məbləğində vəsaiti 04 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 32300 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi, vəkil X2 bildirdi ki, "xxxx" MMC ilə Türkiyə Respublikasında fəaliyyət göstərən «ES-KUR KOZMETİK GİDA PET.TAŞ.SAN.DİŞ.TİC.LTD.ŞTİ» arasında bağlanmış 20 iyul 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı 282,829.40 TL həcmində mal göndərilmişdir. Lakin alıcı "xxxx" MMC tərəfindən pul ödənilməmişdir. Bundan sonra eyni şirkətlər arasında 01 sentyabr 2020-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əlavə olunmuş invoysa əsasən "xxxx" MMC ümumi dəyəri 341.154,80 TL olan malı ölkəyə idxal etməli və malın dəyərinin 70 faizini əvvəlcədən qalıq məbləği isə mal təslim edildikdən sonra 180 gün ərzində ödənilməli idi. "xxxx" MMC müqaviləyə 32300 ABŞ dolları ödəmiş, lakin malın göndərilməsi dünyada baş vermiş koronavirus pandemiyası ilə əlaqədar baş tutmamışdır. Belə olan halda tərəflər 01 noyabr 2020-ci il tarixli «karşılıqlı razılık sözleşməsi» imzalayaraq razılığa gəlmişlər ki, "xxxx" MMC tərəfindən 01 sentyabr 2020-ci il tarixli müqavilə və 219302 nömrəli 03 sentyabr 2020-ci il tarixli İnvoys üzrə ödənən 32300 ABŞ dolları avans ödəmə 20 iyul 2020-ci il tarixli müqavilə və ESK**********420 nömrəli, 08 avqust 2020-ci il tarixli invoys üzrə satıcı tərəfindən göndərilən mallar üçün ödənilməli olan borca silinmişdir. Qeyd olunan sənədlər tərəflərindən müvəkkil banka təqdim edilərək xahiş edilmişdir ki, ödənişin təyinatı dəyişdirilərək 20 iyul 2020-ci il tarixli müqaviləyə aid edilsin. Lakin bank dəyişiklik etməyərək bildirmişdir ki, yalnız məhkəmə qərarı olduğu halda dəyişlik etmək mümkün olacaq. Göründüyü kimi "xxxx" MMC ölkədən 32300 ABŞ dolları həcmində valyuta çıxarmış, eyni zamanda ölkəyə 65616,42 ABŞ dolları (282,829.40 TL) dəyərində mal idxal edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını və təqdim olunmuş sənədləri araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə «ES-KUR KOZMETİK GİDA PET.TAŞ.SAN.DİŞ.TİC.LTD.ŞTİ» şirkəti arasında bağlanmış 20 iyul 2020-ci il tarixli müqavilədən görünür ki, satıcı müxtəlif çeşidli malların satışını təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə «ES-KUR KOZMETİK GİDA PET.TAŞ.SAN.DİŞ.TİC.LTD.ŞTİ» şirkəti arasında bağlanmış 01 sentyabr 2020-ci il tarixli müqavilədən görünür ki, satıcı müxtəlif çeşidli malların satışını təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən «ES-KUR KOZMETİK GİDA PET.TAŞ.SAN.DİŞ.TİC.LTD.ŞTİ» şirkətinin xeyrinə 01 sentyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 25 avqust 2020-ci il tarixdə 32300 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan "xxxx" MMC ilə «ES-KUR KOZMETİK GİDA PET.TAŞ.SAN.DİŞ.TİC.LTD.ŞTİ» şirkəti arasında bağlanmış 01 noyabr 2020-ci il tarixli Karşılıqlı razılık sözleşməsindən görünür ki, "xxxx" MMC tərəfindən 01 sentyabr 2020-ci il tarixli müqavilə və 219302 nömrəli 03 sentyabr 2020-ci il tarixli İnvoys üzrə ödənən 32300 ABŞ dolları avans ödəmə 20 iyul 2020-ci il tarixli müqavilə və ESK**********420 nömrəli, 08 avqust 2020-ci il tarixli invoys üzrə satıcı tərəfindən göndərilən mallar üçün ödənilməli olan borca silinmişdir. İş materiallarına əlavə edilmiş 13 avqust 2020-ci il tarixli, **********7175 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «ES-KUR KOZMETİK GİDA PET.TAŞ.SAN.DİŞ.TİC.LTD.ŞTİ» şirkəti tərəfindən "xxxx" MMC-nin ünvanına 20 iyul 2020ci il tarixli müqaviləyə əsasən göndərilmiş 282,829.40 TL məbləğində mallar bəyan edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 07 oktyabr 2020-ci il tarixli, 5082 nömrəli arayışından görünür ki, "xxxx" MMC tərəfindən «ES-KUR KOZMETİK GİDA PET.TAŞ.SAN.DİŞ.TİC.LTD.ŞTİ» şirkətinin xeyrinə 08 avqust 2020-ci il tarixli, **********7175 saylı yük Gömrük bəyannaməsi üzrə ödəniş əməliyyatı aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC ilə «ES-KUR KOZMETİK GİDA PET.TAŞ.SAN.DİŞ.TİC.LTD.ŞTİ» şirkəti arasında bağlanmış 20 iyul 2020-ci il tarixli müqaviləyə əsasən satıcı 282,829.40 TL həcmində mal göndərmişdir. Lakin alıcı "xxxx" MMC tərəfindən pul ödənilməmişdir. Şirkətlər arasında bağlanmış 01 sentyabr 2020-ci il tarixli müqaviləyə əlavə olunmuş invoysa əsasən "xxxx" MMC ümumi dəyəri 341.154,80 TL olan malı ölkəyə idxal etməli və malın dəyərinin 70 faizini əvvəlcədən qalıq məbləği isə mal təslim edildikdən sonra 180 gün ərzində ödənilməli idi. "xxxx" MMC müqaviləyə 32300 ABŞ dolları ödəmiş, lakin mal göndərilməmişdir. Şirkətlər arasında bağlanmış 01 noyabr 2020-ci il tarixli Karşılıqlı razılık sözleşməsinə əsasən "xxxx" MMC tərəfindən 01 sentyabr 2020-ci il tarixli müqavilə və 219302 nömrəli 03 sentyabr 2020-ci il tarixli İnvoys üzrə ödənən 32300 ABŞ dolları avans ödəmə 20 iyul 2020-ci il tarixli müqavilə və ESK**********420 nömrəli, 08 avqust 2020-ci il tarixli invoys üzrə satıcı tərəfindən göndərilən mallar üçün ödənilməli olan borca silinmişdir. Göründüyü kimi "xxxx" MMC 32300 ABŞ dolları məbləğində pulu avans yolu ilə «ES-KUR KOZMETİK GİDA PET.TAŞ.SAN.DİŞ.TİC.LTD.ŞTİ» şirkətinə ödəmiş və bu pulun müqabilində ölkəyə 65616,42 ABŞ dolları (282,829.40 TL) dəyərində mal 2 il müddət ərzində idxal edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta hadisəsi olmadığına görə "xxxx" MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1476/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1476/2022
11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver