Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1477/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Zərərçəkmiş şəxs1 iştirakı ilə Şəxs xx xxxxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 15 sentyabr 2022-ci il tarixli protokola və iş materiallarına əsasən Şəxs 31 avqust 2022-ci il tarixdə, saat 22:50-də idarə etdiyi «Mercedes Benz 180» minik markalı, **-VM-*** dövlət nömrə nişanlı avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Rəhim Allahverdiyev tərəfindən 09 sentyabr 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təqaüdçüdür və 500 manat təqaüd alır. 31 avqust 2022-ci il tarixdə, saat 22:50-də idarə etdiyi «Mercedes Benz 180» minik markalı, **-VM-*** dövlət nömrə nişanlı avtomobillə Türkan qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində 20-30 km/saat sürətlə hərəkətdə olmuşdur. Yolun sol tərəfindən yerləşən «Türkan Beach» restoranının qarşısına tərəf dönmək üçün avtomobilin sola dönmə işığını yandırıb avtomobili sol tərəfə doğru hərəkət etmişdir. Bu zaman yolun əks istiqamətində işıqları sönülü olan və yüksək sürətlə hərəkət edən Moped onun avtomobilinin qabaq hissəsinə çırpılmışdır. Lakin o, Mopedə yol verməli idi. Hadisə nəticəsində Mopedin sürücüsü və sərnişini xəsarət almışlar. Bununla bağlı sığorta şirkəti hər bir zərərçəkmiş şəxsə 750 manat sığorta ödənişi etməli idi. Barəsində hər hansı qərarın qəbul olunmasını məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 31 avqust 2022-ci il tarixdə, saat 22:50-də idarə etdiyi Moped ilə Hövsan qəsəbəsindən Türkan qəsəbəsi istiqamətində 20-30 km/saat sürətlə hərəkətdə olmuşdur. Təxminən 4-5 metr məsafədən yolun əks istiqamətində hərəkətdə olan «Mercedes Benz» markalı avtomobilin onun yoluna çıxmasını görüb əyləcdən istifadə etsə də, mopedi saxlaya bilməmiş və həmin avtomobilin qabaq sağ tərəfinə dəyərək aşmışdır. Hadisə nəticəsində o və Mopeddə oturan dostu Orxan bədən xəsarəti almışlar. Hadisədən sonra təcili tibbi yardım maşını onu Sabunçu xəstəxanasına aparmışdır. Orada onun başına tikişlər qoyduqdan sonra onu evə buraxmışlar. Onun xəstəxanada 300 manat xərci çıxmışdır. Bundan başqa Mopedə 600 manat ziyan dəymişdir. Sağlamlığına dəymiş ziyana görə sığorta şirkəti 750 manat sığorta ödənişi etməli olsa da, hal-hazıradək ödəniş etməmişdir. Hadisədən sonra avtomobilin sürücüsü onlara heç bir köməklik etməmiş, onlarla maraqlanmamışdır. Maddi cəhətdən imkanı yoxdur. Belə ki, hadisədən sonra o, işsiz qalmışdır və bugünədək işə düzələ bilməmişdir. Buna görə ona dəymiş ziyanın ödənilməsini tələb edir. Ziyan ödənilmədiyi halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin zərərçəkmiş şəxs məhkəməyə gəlməmiş və 05 oktyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, şikayətçidir, ona hadisəni törədən şəxs tərəfindən hər hansı köməklik göstərilməmiş, onunla maraqlanmamış, müalicə xərclərinin ödənilməsini tələb edir. Ödənilmədiyi halda ağır cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında işi ilə bağlı iştirak edə bilməyəcəkdir. Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Zərərçəkmiş şəxs2 və Xəzər RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 05 sentyabr 2022-ci il tarixli, 1165 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər – alının kəsilmiş yarası kəsici təsirə malik əşya (ola bilsin şüşə parçası), sol dirsəyin əzilmiş yaraları isə küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun «X1» publik hüquqi şəxsə müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən 31 avqust 2022-ci il tarixli yolnəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 05 sentyabr 2022-ci il tarixli, 1166 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər – alının, sağ gözün bayır bucağının, sol əlin, sağ saidin, sağ baldırın, sağ dizin sıyrıqları, sağ çiyin nahiyəsinin əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 5-6 gün əvvəl olmaqla, qərarda göstərilən 31 avqust 2022ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Məhkəmə Şəxs əməlini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs yol-hərəkəti haqqında qanununun tələblərini pozmaqla yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində zərərçəkmiş şəxslərə YÜNGÜL bədən xəsarəti yetirməsini, hadisədən sonra zərərçəkmiş şəxslərə köməklik göstərməməsini, onlarla maraqlanmamasını, onlara dəymiş ziyanı ödəməməsini, heç bir yerdə işləmədiyindən və təqaüdçü olduğundan sürücülük vəsiqəsi ilə bağlı işinin olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hadisə nəticəsində onlara maddi ziyan dəydiyini, hadisəni törədən şəxsin onlara yardım etmədiyini və hazırda onların tələbləri olduğunu bildirsələr də, tələbləri ilə bağlı yazılı şəkildə ərizə təqdim etməmiş və sənədləri əlavə etməmişlər. Buna görə məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1477/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1477/2022
05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver