Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-148/2020 30.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2, tələbkar X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1969-cu il tarixdə Naxçıvan MR Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4976/2016 saylı xx xxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən xx xxxx 2012-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə Şəxs 19100 manat borc alınaraq X6 ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5734/2016 saylı xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı X7 xeyrinə 8000 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Xəzər Rayon Məhkəməsinin 2(003)- 4976/2016 saylı xx xxxxx 2018-ci il və Xəzər Rayon Məhkəməsinin 2(003)-5734/2016 saylı xx xxxxxx 2016-cı il tarixli icra vərəqələrini tam şəkildə icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4976/2016 saylı xx xxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən xx xxxx 2012-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə Şəxs 19100 manat borc alınaraq X6 ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5734/2016 saylı xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı X7 xeyrinə 8000 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. xx xxxxxx 2020-ci il tarixdə borclu Xəzər rayon İcra və Probasiya şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında borcunu hal-hazırda maddi imkanı müvəqqəti olaraq zəif olduğu üçün bir dəfəyə tam ödəyə bilməyəcəyini, lakin ona bir qədər möhlət verilərsə, hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Araşdırma zamanı borclunun tələb yönəldilə bilən heç bir daşınar və ya daşınmaz əmlakı aşkar edilməmişdir. Məhkəmənin gedişində borclu az məbləğdə ödəniş etmiş və əlavə olaraq bildirdiyinə görə, borcun ödənilməsi ilə bağlı tələbkarla müvafiq razılıq əldə etmişdir. Bununla belə icra tədbirləri davam etdirilir. Bütün bunların nəzərə alınaraq borclu barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 ərizə ilə məhkəməyə müraciət edərək göstərdi ki, məhkəmənin gedişində borclu Şəxs ilə pulun ödənilməsində razılaşdıqları üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, maddi vəziyyətində yaranmış müvəqqəti çətinlikləri ilə bağlı borcunu tam ödəyə bilməmiş, lakin məhkəmənin gedişində müəyyən məbləğdə ödəniş etmiş və borcun ödənilməsində tələbkar X8 ilə razılıq əldə etmişlər. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Bütün bunların nəzərə alınmasını və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş tələbkar X8 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, borclu Şəxs ilə pulun ödənilməsində razılaşdıqları üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs əvvəllər maddi vəziyyətində olan çətinlikləri ilə bağlı borcunu ödəyə bilməmiş, lakin məhkəmənin gedişində müəyyən məbləğdə ödəniş edərək qalan məbləğin ödənilməsi barədə tələbkar ilə razılıq əldə etmişdir. Buna görə də tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1969-cu il tarixdə Naxçıvan MR Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-148/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-148/2020
30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver