Məhkəmə qərarları › İş №3(003)-1481/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1481/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1481/2023 12.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş 12 iyun 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3491/2019 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 4630 manat borc pul tutularaq X3 xeyrinə ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, borclu Şəxs hal-hazırda maddi imkanı olmadığı üçün borcunu bir dəfəyə ödəyə bilməyəcəyini bildirmişdir. Borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və onun adına hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu xx.xx.2020-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, bu gün, yəni xx.xx.2023-cü il tarixdə də 500 manat olmaqla indiyə qədər ümumi borcundan 2950 manat ödəniş etmiş, 1680 manat məbləğində borc isə ödənilməmiş qalmışdır. Tələbkar isə borcun tam şəkildə ödənilməsini tələb edir. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu heç bir üzrlü səbəb olmadan icra sənədini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, borcu ödəməyin onun vəzifəsi olduğunu bilir və icra sənədlərinin icrasından qərəzli yayınmır, lakin pandemiya dövründə uzun müddət işləyə bilmədiyi üçün maddi və əmlak vəziyyəti çox pis olduğuna görə borcu tam ödəyə bilməmişdir. İndiyə qədər tələbkara xx.xx.2020-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, bu gün, yəni xx.xx.2023-cü il tarixdə də 500 manat ödəniş etmişdir və ödəniş qəbzini məhkəməyə təqdim edir. İndiyə qədər ümumi borcundan 2950 manat ödəniş etmiş, 1680 manat məbləğində borc isə ödənilməmiş qalmışdır. Tələbkarlara da məlum olduğu kimi, artıq rəsmi iş yeri yoxdur, orda-burda fəhləlik edib ailəsini çətinliklə dolandırır. Borcundan gələn həftə daha 500 manat ödəyəcək, qalan məbləği də yaxın vaxtlarda hissə-hissə olmaqla tamamilə ödəyəcəkdir. Bütün bunların nəzərə alınaraq onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının izahatları və iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3491/2019 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 4630 manat borc pul tutularaq X3 xeyrinə ödənilməlidir. Borclu Şəxs indiyə qədər tələbkara xx.xx.2020-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2023cü il tarixdə 1000 manat, bu gün, yəni xx.xx.2023-cü il tarixdə də 500 manat ödəniş etmiş və ödəniş qəbzini məhkəməyə təqdim etmişdir. İndiyə qədər borclu ümumi borcundan 2950 manat ödəniş etmiş, 1680 manat məbləğində borc isə ödənilməmiş qalmışdır, borrcun ödənilməsindən qərəzli şəkildə yayınmır, heç bir yerdə rəsmi olaraq işləmir, qalan borcunu hissə-hissə olmaqla yaxın vaxtlarda tamamilə ödəyəcəyinə məhkəmə iclasında söz vermişdir. İş materiallarında olan Karta köçürmə qəbzinin surətindən görünür ki, borclu Şəxs tələbkar X5 500 manat ödəmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar