Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1482/2023 12.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə 07 avqust 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə subay, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən tərtib olunmuş 12 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" ASC-nin xeyrinə cəmi 1202 manat məbləğində pul ödənilməlidir. Bundan başqa, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" MMC-nin xeyrinə cəmi 650 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutulmalıdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" MMC-nin xeyrinə cəmi 411 manat məbləğində pul tutulmalıdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs X1 xeyrinə cəmi 820 manat məbləğində pul tutulmalıdır. Xəzər rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədləri bir icraatda birləşdirilmişdir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa, borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu icra sənədləri üzrə bu günə kimi heç bir ödəniş etməmişdir. O, icra məmurunun çağırışlarına gəlmədiyinə görə barəsində xx.xx.2022 və xx.xx.2023-cü il tarixli axtarış qərarları qəbul edilmişdir. Borclu bu gün saat 16:00-da polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, aliment borcu olmuş və həmin borcu tam olaraq ödəmişdir. Sonradan pandemiya ilə əlaqədar olaraq işləməmiş və qeyd olunan icra sənədləri üzrə ödəniş edə bilməmişdir. 2022-ci ildə "xxxx" MMC-yə 400 manat, "xxxx" ASC-yə isə 30 manat ödəniş etmişdir. Qalan borcu da ödəmək üçün məhkəmə tərəfindən ona vaxt verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli icra sənədindən görünür ki, Şəxs "xxxx" ASC-nin xeyrinə cəmi 1202 manat məbləğində pul ödənilməlidir. İş materialarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, Şəxs "xxxx" MMC-nin xeyrinə cəmi 650 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs "xxxx" MMC-nin xeyrinə cəmi 411 manat məbləğində pul tutulmalıdır. İş materillarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs X1 xeyrinə cəmi 820 manat məbləğində pul tutulmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədlərini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində axtarış qərarları qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarlarını qəsdən icra etməmiş, onların icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs əməli etiraf etməsini yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədlərini heç bir üzürlü səbəb olmadan icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, borclu Şəxs bu gün saat 16:00-da polis tərəfindən icra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 12 iyun 2023-cü il tarixdən, saat 16:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1482/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1482/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver