Məhkəmə qərarları › İş №3(003)-1483/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1483/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1483/2023 04.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Şəxs xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi ev 33-də qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi yeni tikilidə yaşayan barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 232-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs özgənin əmlakını qəsdən məhv edərək ona az miqdarda ziyan vurmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 17:14 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi, ev 33-də yaşayan vətəndaş X5 Azərbaycan Respublikası DİN “102” xidmətinə zəng edərək və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə ərizə ilə müaciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində, saat 17:10 radələrində qardaşı oğlu Şəxs yaşadığı evinin qarşısında, küçədə quraşdırdığı müşahidə kamerasını qəsdən vuraraq sındıraraq ona təxminən 50 (əlli) manat dəyərində maddi ziyan vurmuşdur. Ərizənin sonunda Şəxs cinayət məsuiliyyətinə cəlb edilməsini xahiş etmişdir. Araşdırma ilə əlaqədar olaraq izahatının alınmasından ötrü Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi, ev 33-də qeydiyyatda olan, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni tikilidə yaşayan xx.xx.2001-ci il təvəllüdlü Şəxs istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsilə dəfələrlə əlaqə saxlanılaraq 1-ci PŞ-nə dəvət olunsa da, lakin sonuncu səhhəti ilə əlaqədar evdə yatdığı, PŞ-nə gələ bilmədiyini bildirərək araşdırmaya gəlməkdən yayınmışdır. Araşdırma zamanı vətəndaş X3 təqdim etdiyi diskə keçirilmiş baxış zamanı ona məxsus olan, yaşadığı ünvanın qarşısında, küçədə quraşdırılmış müşahidə kamerasının vətəndaş Şəxs tərəfindən sındırıldığı müəyyən edilmişdir. Beləliklə də, vətəndaş X3 müraciəti əsasında aparılmış araşdırma zamanı zərərçəkmiş şəxsə məxsus müşahidə kamerasının vətəndaş Şəxs tərəfindən sındırılması nəticəsində ona 50 (əlli) manat dəyərində maddi ziyan dəydiyindən əməldə cinayət tərkibi yaradacaq hal müəyyən olunmamışdır. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı X1 xx.xx.2023-cü il tarixli qərarı ilə vətəndaş X3 Azərbaycan Respublikası DİN “102” xidmətinə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinin tərkib hissəsi yarandığından, barəsində inzibati tədbirlərin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə əməkdaşa göndərilmişdir. Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən xx.xx.2023-cü il tarixdə İnzibati xəta haqqında MN № ******* saylı Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 64-cü maddələrinə əsasən işə barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu, az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 50 (əlli) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar