Məhkəmə qərarları › İş №3(003)-1485/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1485/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1485/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasovun, X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 iştirakları ilə xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə ailəli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə (avtomobil rəngsazı) məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, V.Orucov küçəsi, ev 8, mənzil 3 ünvnda qeydiyyatda olan və yaşayan X4 haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasov tərəfindən tərtib olunmuş 13 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu X5 Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da D.V.Zaytsev Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasov göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Zaytsev Dmitriy X1 4161 manat, X8 3185 manat pul olmaqla, ümumilikdə 7346 manat məbləğində pul və 94 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa, borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və D.V.Zaytsevin hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu icra sənədi üzrə bu günə kimi heç bir ödəniş etməmişdir. Borclu icra məmurunun çağırışlarına gəlmədiyinə görə barəsində xx.xx.2023-cü il tarixli axtarış qərarı qəbul edilmişdir. Borclu bu gün saat 11:00-da polis tərəfindən icra şöbəsinə gətirilmişdir. Bununla da D.V.Zaytsev qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu X5 göstərdi ki, azərbaycan dilində sərbəst danışıb, yaza bilir. Fərdi əməklə məşğu olur, avtomobil rəngsazıdır. Maddi imkanı olmadığına görə borcu ödəyə bilməmişdir. Borcundan ödəniş edə bilmək üçün məhkəmə tərəfindən ona vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X9 göstərdi ki, borclu X5 Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə bu günə kimi heç bir ödəniş etməmişdir. Onun həbs olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, X5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Zaytsev Dmitriy X1 4161 manat, X8 3185 manat pul olmaqla, ümumilikdə 7346 manat məbləğində pul və 94 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X4 barəsində axtarış elan edilmişdir. Məhkəmədə müəyyən olundu ki, D.V.Zaytsev icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində axtarış qərarı qəbul edilmişdir. Məhkəmə hesab edir ki, D.V.Zaytsev məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə D.V.Zaytsevin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə D.V.Zaytsevin şəxsiyyətini, icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, borclu D.V.Zaytsev bu gün saat 11:00-da polis tərəfindən icra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, D.V.Zaytsevin barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 13 iyun 2023-cü il tarixdən, saat 11:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar