Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1487/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X1 iştirakı ilə 29 avqust 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, heç bir yerdə işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3, nömrəsiz fərdi evdə qeydiyyatda olan və yaşayan Şəxs haqqında Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 12 iyun 2023-cü il tarixli protokola əsasən Şəxs 12 iyun 2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən “Uğur” marketin yaxınlığında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, təxminən 3 il əvvəl narkotikdən istifadə etmiş, hazırda 4-5 aydır ki, istifadə etmir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında tanışı ilə Binə qəsəbəsində yol ilə gedərkən mülki geyimdə olan şəxs onlara yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş və onunla birlikdə şöbəyə getməyi təklif etmişdir. O da qorxduğu üçün qaçmışdır. Lakin polis tərəfindən saxlanılaraq şöbəyə aparılmışdır. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru X2 göstərdi ki, ərazidə oğurluq hadisələri baş verdiyindən xx.xx.2023-cü il tarixdə şəxsiyyəti sonradan məlum olan Şəxs həmin vaxt yanında olan digər şəxslə birlikdə özlərini şübhəli apardıqlarına görə tərəfimdən saxlanılmış və ona polis şöbəsinə gəlməsi təklif olunmuşdur. Digər şəxs qaçmış, Şəxs də qaçsa da sonradan saxlanılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 12 iyun 2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən “Uğur” marketin yaxınlığında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə Şəxs əməli etiraf etməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəza təyin edərkən Şəxs şəxsiyyətini, törətdiyi əməlin ağırlığını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 12 iyun 2023-cü il tarixdən saat 16:30-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1487/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1487/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver