Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-149/2022 02.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Xəzər rayon Polis idarəsinin 3-cü Polis şöbəsindən daxil materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 31 dekabr 2021-ci il tarixli protokola əsasən Şəxs 31 dekabr 2021-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nar marketin qarşısında qanunla dövriyyəsi qadağan edilmiş pirotexniki maddələri satmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xətalar haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, protokolda inzibati xətanın törədildiyi yer və vaxt göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 100.1.4, 109.1.6-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə material Bakı şəhəri Xəzər rayon Polis idarəsinin 3-cü Polis şöbəsinə geri qaytarılsın. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-149/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-149/2022
02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver