Məhkəmə qərarları › İş №3(003)-1492/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1492/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1492/2023 04.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1 və 504-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının vətəndaşı Şəxs 350 manat dəyərində 50 qutu (5 blok) "Parliament recessed filter” markalı siqaretləri gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikası gömrük sərhəddindən keçirmiş, bundan başqa, o, şəxsiyyəti sonradan müəyyən edilmiş Azərbaycan Respublikasının vətəndaşı X2 verilmiş və 9 mart 2023-cü il tarixdə hava limanı vasitəsilə gətirilən zaman Azərbaycan Respublikasının gömrük orqranına bəyan edilməmiş 420 manat dəyərində 60 qutu (6 blok) "Parliament recessed filter” markalı sigaretləri sonuncudan, yəni X1 əldə etmişdir. Bununla əlaqədar Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X3 tərəfindən 05 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 482.1 və 504-cü maddələri ilə № 10000/00026 (EP № 0086529) nömrəli 05 iyun 2023-cü il inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin İstintaq söbəsində Azərbaycan Respublikasının vətəndaşı Şəxs Paəah oğlu barəsində araşdırılması aparılmış xx/xx/013836 nömrəli material üzrə 25 may 2023-cü il tarixdə qəbul edilmiş "cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 504-cü maddələrinin tərkib əlamətləri olduğundan, materiallar ayrılaraq baxılması üçün aidiyyəti üzrə Təhqiqat şöbəsinə verilmişdir. xx/xx/013836 nömrəli materialdan ayrılmış sənədlərdən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs 2023-cü ilin mart ayında Rusiya Federasiyasının Sankt- Peterburq şəhərində yerləşən hava limanında olduğu zaman orada "Seyid" adı ilə tanıdığı və həmin şəhərdə yaşayan Gasanov Vasif adlı şəxsdən əldə etdiyi az miqdarda, yəni 350 manat dəyərində 50 qutu (5 blok) "Parliament recessed filter" markalı siqaretləri 9 mart 2023-cü il tarixdə saat 17 radələrində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən "Terminal-1 X6" gömrük postunda gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmiş, bundan başqa o, Seyid adı ilə tanıdığı Gasanov Vasif adlı şəxs tərəfindən əvvəllər tanımadığı və şəxsiyyəti sonradan müəyyən edilmiş Azərbaycan Respublikasının vətəndaşı X2 verilmiş və 9 mart 2023-cü il tarixdə hava limanı vasitəsilə gələrkən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilməmiş 420 manat dəyərində 60 qutu (6 blok) "Parliament recessed filter” markalı siqaretləri sonuncudan əldə etmişdir. İş üzrə materiallarda olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 7/380-9/1822 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata teqdim edilmiş 110 qutu (11 blok) "Parliament recessed filter" markalı siqaretlər istifadəyə yararlıdır və orta bazar qiyməti təxminən 770 manat təşkil edir. Eyni zamanda ekspert rəyində qeyd olunur ki, 8 qutu "Parliament recessed filter” markalı siqaret ekspertiza tədqiqatına sərf edilmişdir. Materiallara əlavə edilmiş "cinayət işinin başlanmasının rədd edilməsi haqqinda" Qərarın nəticə hissəsinin 3-cü bəndindən görünür ki, ekspertiza tədqiqatına sərf edilən hissə nəzərə alınmaqla ümumilikdə 102 qutu "Parilament recessed filter" markalı aksiz markası olmayan siqaretlər "Azərterminalkompleks" Birliyinin anbarında saxlanılır. Bu fakt Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən 1900-013/0xx-xx/001372 nömrəli 31 mart 2023-cü il tarixli məktubla daxil olmuş material, “yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında" 9 mart 2023-cü il tarixli protokol, işdə olan izahatlar, Azerbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/380-9/1822 nömrəli 14 mart 2023-cü il tarixli ekspert rəyi və işdə olan digər sənədlərlə təsdiq edilir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, 2011-ci ilden Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə gedibgəlir, ilin coxunu həmin şəhərdə yaşayır, orada taksi sürücüsü kimi sərnişin daşıma ilə məşğul olur, ildə bir dəfə Azərbaycan Respublikasına gəlir. 9 mart 2023-cü il tarixdə Bakı şəhərinə qəlmək üçün Sankt-Peterburq şəhərində yerləşən hava limanda olarkən həmin şəhərdə yaşayan "Seyid" adıyla tanıdığı şəxslə təsadüfən qarşılaşmış, “Seyid” 5 blok siqareti ona vererək Bakı şəhərinə aparmasını xahiş etmişdir. "Seyid" Bakıya çatdırılması üçün tanımadığı başqa bir şəxsə təhvil vermiş, təyyarə Bakıya endikdən sonra "Seyid"in xahişinə əsasən 2 ayrı qara rəngli sellofan paketin içərisinə yerləşdirilmiş həmin siqaretləri də tanımadığı şəxsdən götürmüşdür. Hava limanından çıxdıqdan sonra bir nəfər ona yaxınlaşmış və gömrük əməkdaşı olduğunu bildirmiş, sellofan paketlərdə şiqaretlərin olduğunu gördükdən sonra onu aeroportun binasındakı yoxlama otağına aparmışdır. Baxış zamanı 11 blok (110 qutu) "Parliament" sigareti sayılıb götürülmüşdür. Aksiz markasız siqaretlərin satışı ilə məşğul olmur, "Seyid" adlı şəxsin tanışları olan Bakı şəhərində Beynəlxalq Aeroportda 6 blok şiqareti ona vermiş şəxsi və siqaretləri ondan götürəcək ********** mobil nömrənin istifadəçisini tanımır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 7/380-9/1822 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata teqdim edilmiş 110 qutu (11 blok) "Parliament recessed filter" markalı siqaretlər istifadəyə yararlıdır və orta bazar qiyməti təxminən 770 manat təşkil edir. Eyni zamanda ekspert rəyində qeyd olunur ki, 8 qutu "Parliament recessed filter” markalı siqaret ekspertiza tədqiqatına sərf edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatına sərf edilən hissə nəzərə alınmaqla ümumilikdə 102 qutu "Parliament recessed filter” markalı siqaret saxlanılması üçün “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1 və 504-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1 və 504-cü maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsi növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.1 və 504-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan mallar – “Azərterminalkompleks” Birliyində saxlanılan - ekspertiza tədqiqatına sərf edilən hissə nəzərə alınmaqla ümumilikdə 102 qutu "Parliament recessed filter” markalı siqaret müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar