Məhkəmə qərarları › İş №3(003)-1492/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1492/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1492/2024 28.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X15, Zərərçəkmiş şəxsin vəkili və etibarnamə əsasında nümayəndəsi X2 iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli,, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 28 iyul 2024-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-16(003)-179/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən X15 uşaqları 26 yanvar 2017-ci il təvəllüdlü Çapar X3 və 08 iyun 2019-cu il təvəllüdlü X8 ilə ünsiyyətdə olmasına edilən maneələr Şəxs qadağan edilməklə mübahisənin həllinədək müvəqqəti olaraq hər həftənin cümə günü saat 12:00-dan saat 16:00-dək ünsiyyətdə olmaq hüquqları müəyyən edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-16(003)- 179/2023 saylı, xx.xx.2023-cü tarixli icra vərəqəsi üzrə borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, uşaqları öz ataları ilə ünsiyyət hüququnu həyata keçirməkdən imtina etmişdir. İcra vərəqəsi icra şöbəsinin icraatına daxil olduqdan sonra borcluya icra sənədi üzrə müvafiq qərar və bildiriş təqdim edilmişdir. Lakin borclu Şəxs adıçəkilən icra sənədinin icrasından yayınaraq icra sənədinin icrasını dolayı şəkildə təmin etməmiş, şöbəyə gəlməkdən imtina etmişdir. Bu səbəbdən onun icra şöbəsinə məcburi gətirilməsi ilə bağlı məhkəməyə təqdimat verilmiş və məhkəmənin qərarı ilə təqdimat təmin edilmişdir. 07 iyun 2024-cü il tarixdə Şəxs barəsində AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, məhkəmədə tərəflər arasında icra sənədi üzrə tələbin icra edilməsi ilə bağlı razılıq əldə edilmiş və bu səbəbdən məhkəmənin qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Lakin həmin müddətdən sonrakı dövr ərzində Şəxs yenə də uşaqların ataları ilə görüşməsini təmin etməmişdir. Şəxs əməlində AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd edilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra məmurunun çağırışlarına daim gəldiyini və uşaqları gətirdiyini, yalnız bir dəfə uşaqlar xəstə olduqları üçün gəlmədiklərini bildirmişdir. Şəxs həmçinin qeyd etmişdir ki, uşaqların psixoloji vəziyyəti gərgin olduğu üçün ataları ilə görüşmək istəmirlər. Bu səbəbdən uşaqları mütamadi olaraq psixoloq yanına aparmaq məcburiyyətində qalmışdır. Uşaqlarda qeyd edilən psixoloji gərginlik isə atalarının onları Şəxs xəbərsiz olaraq Türkiyə Respublikasına götürüb aparması olmuşdur. Uşaqlar bir müddət analarından ayrı qalmışdırlar. Daha sonra o, Türkiyə Respublikasına gedərək uşaqları atalarından alıb Bakıya qayıtmışdır. Şəxs uşaqların bütün bu hadisələrdən sonra öz təşəbbüsləri ilə ataları ilə görüşmək istəmədiklərini bildirmişdir. Qeyd edilənlərə əsasən inzibati xəta haqqında protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X18 qeyd etmişdir ki, bir ildir ki, hər həftənin cümə günü o, Türkiyə Respublikasından Bakı şəhərinə təyyarə ilə gəlir, lakin heç bir halda uşaqlar ilə görüşə bilmir. Sonuncu dəfə 07 iyun 2024-cü il tarixdə Şəxs barəsində AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılarkən onlar arasında razılıq əldə edilmişdir. Lakin Şəxs sonrakı müddət ərzində də uşaqları ona göstərməkdən imtina etmişdir. Həmçinin uşaqları özü ilə Türkiyə Respublikasına apararkən analarının bu barədə məlumatı olmuşdur. Zərərçəkmiş şəxs hesab edir ki, Şəxs qərəzli olaraq icra sənədinin icrasından yayınır. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin vəkili və etibarnamə əsasında nümayəndəsi X6 tərəflər arasında dəfələrlə barışıq əldə edilməsinə cəhd etdiyini, bununla bağlı hətta barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə dəfələrlə söhbət etdiyini, lakin bütün bu cəhdlərin heç bir nəticə vermədiyini qeyd etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(003)-179/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, X15 uşaqları xx.xx.2017-ci il təvəllüdlü Çapar X3 və xx.xx.2019-cu il təvəllüdlü X8 ilə ünsiyyətdə olmasına edilən maneələr Şəxs qadağan edilməklə mübahisənin həll edilənədək müvəqqəti olaraq hər həftənin cümə günü saat 12:00-dan 16:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 29 avqust 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(003)-179/2023 saylı icra vərəqəsinin könüllü icra edilməsi təklif edilmişdir. İş materiallarına əlavə edilmiş 23 fevral 2024-cü il tarixli aktın surətindən görünür ki, görüş zamanı əvvəlcə uşaqlar öz ataları ilə ünsiyyətə girməkdən imtina etsələr də, bir müddət sonra uşaqlar X18 ilə ünsiyyətə girmişdirlər. Lakin Şəxs otağa daxil olaraq onlara maneçilik etməyə cəhd etmiş və bundan sonra uşaqlar ataları ilə növbəti görüşdə daha çox vaxt keçirəcəklərini və onlar üçün müəyyən hədiyyələrin alınmasını bildirərək şöbədən getmişdirər. Görüşdə iştirak edən 181 nömrəli tam orta məktəbin psixoloqu X7 aktda qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli psixoloq rəyindən görünür ki, hər iki uşaq ananın təsiri altındadır. Qorxu və həyəcan müşahidə olunmuşdur. Lakin söhbət aparıldıqdan sonra uşaqlar tədricən atanı dinləməyə və ünsiyyət qurmağa başlamışdırlar. İş materiallarına əlavə edilmiş borclunun məcburi gətirilməsi haqqında 18 mart 2024-cü il tarixli qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan Şəxs məcburi qaydada Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə gətirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 28 iyun 2024-cü il tarixli aktın surətindən görünür ki, həmin tarixə təyin edilmiş görüşlə bağlı borclu şöbəyə gəlməyəcəyini bildirmişdir. Görüşdə iştirak edən 220 nömrəli məktəb-litseyin psixoloqu Gülbəniz İsmayılova aktda qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə uşaqlarla görüş təyin edilməsinə baxmayaraq, görüş mümkün olmamışdır. Buna səbəb uşaqların anaları tərəfindən təsir altında olmaları olmuşdur. Uşaqlar elə bir yaş qrupuna aiddirlər ki, analarının təsirinə məruz qalırlar. İş materiallarına əlavə edilmiş aktların surətlərindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Çapar X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 ataları X18 ilə görüşməkdən imtina etdikləri və ya borclu Şəxs uşaqları icra şöbəsinə gətirmədiyi üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(003)-179/2023 saylı icra sənədləri üzrə tələbin tam şəkildə icra edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-16(003)-179/2023 saylı icra sənədi üzrə tələbi icra etməkdən boyun qaçırmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, borclu həmin tarixdə icra şöbəsinə icra sənədi üzrə tələbin icra edilməsi ilə bağlı dəvət olunmuş, bununla bağlı müvafiq sms onun mobil nömrəsinə göndərilmiş, habelə ona zəng edilərək şöbəyə dəvət edilmiş lakin borclu şöbəyə gəlməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin tarixdə borclu şöbənin inzibati binasına daxil olmayacağını bildirərək, səs-küy salaraq avtomobilinə minərək şöbədən uzaqlaşmışdır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin tarixə təyin edilmiş görüşlə bağlı borclu şöbəyə gəlməyəcəyini bildirmişdir. Həmin görüşdə iştirakı nəzərdə tutulmuş 220 nömrəli məktəb-litseyin psixoloqu Gülbəniz İsmayılova tərtib edilmiş aktda xx.xx.2024-cü il tarixdə uşaqlarla görüş baş tutmamasına səbəb kimi uşaqların anaları tərəfindən təsir altında olduqlarını qeyd etmişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixdə baş tutmuş görüşdə iştirak edən 181 nömrəli tam orta məktəbin psixoloqu X7 uşaqlar ilə ünsiyyətdə olmuş və tərtib edilmiş aktda qeyd etmişdir ki, hər iki uşaq ananın təsiri altındadır. Onlar da qorxu və həyəcan müşahidə olunmuşdur. Lakin söhbət aparıldıqdan sonra uşaqlar tədricən atanı dinləməyə və ünsiyyət qurmağa başlamışdırlar. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən icra sənədi üzrə tələb üzrsüz səbəbdən icra edilməmişdir. Bu hal inzibati xəta haqqında protokolu tərtib edən şəxsin, zərərçəkmiş şəxsin verdiyi izahatlarda, həmçinin icra məmuru tərəfindən tərtib edilmiş müvafiq aktlarda və həmin aktlarda qeyd edilmiş psixoloq rəylərində öz təsdiqini tapmışdır. Həmçinin qeyd edilməlidir ki, 20 gün qabaq 07 iyun 2024cü il tarixdə Şəxs barəsində AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və məhkəmədə tərəflər arasında icra sənədi üzrə tələbin icra edilməsi ilə bağlı razılıq əldə edilmiş, Şəxs tələbi icra edəcəyi ilə bağlı üzərinə öhdəlik götürmüş və bu səbəbdən məhkəmənin qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Lakin sonrakı müddət ərzində onun tərəfindən tələb icra edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru E.Fərzəliyev tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Respubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs faktiki himayəsində on dörd yaşınadək uşaqlarının olmasını və bu səbəbdən mövcud qanunvericiliyə əsəsən onun barəsində inzibati həbs tətbiqinin mümkünsüz olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli,, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar