Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1494/2024 28.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 28 iyun 2024-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X8 izahat verərək bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-147/2016 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 02 dekabr 2007-ci il təvəllüdlü X5 və 07 yanvar 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 20 avqust 2015-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 108 manat olmaqla, 216 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməlidir. Bundan əlavə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-1199/2020 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 618 manat pul vəsaiti tutularaq iddiaçı X7 ödənilməlidir. Bundan əlavə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-943/2017 saylı icra vərəqəsinə əsasən Şəxs 2000 manat pul vəsaiti tutularaq X2 ödənilməlidir. Bundan əlavə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(003)-727/2015 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 189 manat, 594 manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq “Nikoyl” İKB-nin xeyrinə ödənilməlidir. Bundan əlavə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)-4133/2014 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 719 manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq “Nikoyl” İKB-nin xeyrinə ödənilməlidir. xx.xx.2024-cü il tarixdə qeyd edilən icra vərəqlərinin bir icraatda birləşdirilməsi barədə qərar qəbul edilmişdir. İcra vərəqələri icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-147/2016 saylı icra vərəqəsinə əsasən bugünədək olan borcu 22596 manat, digər dörd icra vərəqəsi üzrə isə 3660 manat təşkil edir. Şəxs icra vərəqələri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədləri üzrə tərəfindən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Borclunun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamağını yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmiş, ona məxsus hər hansı bir əmlak və ya pul vəsaiti aşkar edilməmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-147/2016 saylı icra vərəqəsinə əsasən ona borcun düzgün hesablanmadığını və tələbi həmin hissədə mübahisələndirəcəyini qeyd etmiş, həmçinin digər icra sənədləri üzrə müəyyən olunmuş borcunu ödəməməyini maddi vəziyyətinin aşağı olması ilə əlaqələndirmiş və borcunu hissə-hissə ödəmək üçün ona müəyyən qədər vaxt verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-147/2016 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 02 dekabr 2007-ci il təvəllüdlü X5 və 07 yanvar 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 20 avqust 2015-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 108 manat olmaqla, 216 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-1199/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 618 manat pul vəsaiti tutularaq iddiaçı X7 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(003)-727/2015 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 189 manat, 594 manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “Nikoyl” İKB-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(003)-4133/2014 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 719 manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “Nikoyl” İKB-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-943/2017 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs 2000 manat pul vəsaiti tutularaq X2 ödənilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs icra sənədi üzrə müəyyən olunmuş aliment borcunu qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır və onun bu günə olan ödənilməmiş borcu 7983 manat təşkil edir. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, bir neçə icra vərəqəsi üzrə tələbin icra edilməməsini, bir icra vərəqəsi üzrə inzibati xətanın aliment borcu öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, ödənilməmiş borcun miqdarını, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 28 iyun 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan X11 X4 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-1494/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1494/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver