Məhkəmə qərarları › İş №3(003)-1495/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1495/2024

16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1495/2024 16.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, X3 Xəzər Rayon Polis İdarəsi X12 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Polis İdarəsi X12 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Xəzər RPİ-nin DYPŞ-nin polis mayoru X4 xx.xx.2024-cü il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarı ilə AR İXM-nin 332.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat mələğində cərimə olunmuşdur. Həmin qərar qanunsuz və əsassızdır və qəbul edilmiş həmin qərarla razı deyil. Belə ki, onun atası X2 dərman almaq üçün aptekə getmişdir. Maşını qıraq bir yerdə saxlamışdır. Xəzər RPİ DYPŞ-nin əməkdaşı 99YP242 nömrəli qeydiyyat avtomobili idarə edən şəxs X8 atasının idarə etdiyi 90UP262 nömrəli maşına yaxınlaşaraq onu çağırmış və bildirmişdir ki, guya o, maşını qanunsuz sürmüşdür. Şikayətçi isə əvəzində onlara bildirmişdir ki, maşını o, deyil, atası idarə etmişdir. Daha sonra həmin əməkdaşa bildirmişdir ki, əgər o, maşını qanunsuz idarə etmişdirsə, videokamera görünütüsünü göstərilsin və cərimə yazılsın. Hətta inandırmaq üçün post patrul xidmətinin əməkdaşını çağırmışdır. Ona video görüntü təqdim edilmişdir. Lakin həmin görüntüdə nə onun maşını sürdüyüm görünmür, nə də ki maşının nömrəsi bilinmir. Bundan sonra həmin əməkdaşa atasının gəlməsi gözlməyi bildirmişdir ki, atası gəldikdən sonra hər şeyi aydınlaşdırsınlar. Daha sonra atası gəmişi və nə baş verdiyini soruşan zaman həmin əməkdaş atasıın üzərinə hücum etmişdir. PPX-nın əməkdaşları onları ayırmışdır. Sonra isə şikayətçi və atasını polis şöbəsinə aparmışdırlar. Onlardan izahat alınmış və onları bir neçə saat şöbədə saxlamışdırlar. Xəzər RPİ-nin DYPŞ-nin əməkdaşı isə onlar idarədə olarkən protokol tərtib etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-1496/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X1 Xəzər RPİ X12 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməmişdir. Həmin qərardan F.Teymurov tərəfindəv verilmiş apellyasiya şikayəti təmin edilməyərək, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarlarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İş materiallarından göründüyü kimi Xəzər RPİ X12 Şöbəsinin xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X7 AR İXM-nin 332.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat mələğində cərimə edilmiş, Xəzər RPİ X12 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən isə X2 AR İXM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinib 60 manat mələğində cərimə edilmişdir. Göründüyü kimi hər iki xəta eyni anda baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinin dispozisiyasına əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi inzibati məsuliyyət yaradır. Həmin Məcəllənin 335.1-ci maddəsinin dispozisiyasına əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi inzibati məsuliyyət yaradır. İşin hallarından göründüyü kimi X2 nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə yəni X5 verdiyinə görə, X7 isə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdirlər. X2 inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı qərardan şikayət ilə məhkəməyə müraciət ermiş və məhkəmənin qərarı ilə onun verdiyi şikayət təmin edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, X3 Xəzər RPİ X12 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmə tərəfindən mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ Xəzər Rayon Polos İdarəsi X12 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar