Məhkəmə qərarları › İş №3(003)-15/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-15/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-15/2021 29.01.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3, tələbkar X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1985-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdam rayonunun Qullar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən, xx xxxxxxxx 2015-ci il tarixli NZNPU-1546 saylı kredit müqaviləsi üzrə yaranmış borca görə - əsas məbləğ üzrə 3000 ABŞ dolları, faiz üzrə 814,20 ABŞ dolları cərimə borcu üzrə 10 ABŞ dolları, cəmi 3824,20 ABŞ dollarının qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla və 30 manat dövlət rüsumu cavabdehlər X6 və Şəxs müştərək qaydada “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 21000 (iyirmi bir min) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 21030 (iyirmi bir min otuz) manat məbləğində pul tutulması qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli icra sənədinə əsasən Cavabdeh Şəxs ödənilmiş sığorta ödənişinin əvəzi ollaraq 1000 manat, dövlət rüsumuna görə 20 manat, cəmi 1020 manat cərimə tutularaq “xxxx” Sığorta Şirkəti ASCyə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli icra sənədinə əsasən Şəxs 6000 (altı min) manat tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il, Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli icra sənədlərini tam icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən, xx xxxxxxxx 2015-ci il tarixli NZNPU-1546 saylı kredit müqaviləsi üzrə yaranmış borca görə - əsas məbləğ üzrə 3000 ABŞ dolları, faiz üzrə 814,20 ABŞ dolları cərimə borcu üzrə 10 ABŞ dolları, cəmi 3824,20 ABŞ dollarının qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla və 30 manat dövlət rüsumu cavabdehlər X6 və Şəxs müştərək qaydada “xxxx” ASC-nin xeyrinə tutulması , Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 21000 (iyirmi bir min) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 21030 (iyirmi bir min otuz) manat məbləğində pul tutulması qət edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli icra sənədinə əsasən Cavabdeh Şəxs ödənilmiş sığorta ödənişinin əvəzi ollaraq 1000 manat, dövlət rüsumuna görə 20 manat, cəmi 1020 manat cərimə tutularaq “xxxx” Sığorta Şirkəti ASC-yə ödənilməsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli icra sənədinə əsasən Şəxs 6000 (altı min) manat tutularaq tələbkar X4 xeyrinə ödənilməsi qət edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə borclu Xəzər rayon İcra və Probasiya şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında qeyd olunan borcdan narazı olduğunu, onkoloji xəstə olan anası ilə birlikdə kirayənişin olaraq yaşamağını bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarlarını indiyə qədər tam icra etməmişdir, onunla aparılan söhbətlərin heç bir nəticəsi yoxdur. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, uzun müddət cəza çəkmə müəssisəsində ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkdiyinə görə maddi vəziyyətində yaranmış çətinliyə görə borcunu ödəyə bilməmişdir. Cəzasının sonu ilə azad edildikdən sonra iş tapa bilməmişdir. Bir sıra xəstəliklərdən əziyyət çəkir, bir neçə il bundan əvvəl qolu sınmış, qoluna cərrahi əməliyyat zamanı mil qoymuş, lakin maddi imkanı olmadığına görə indiyə qədər onun qolunda qalıb çürümüş mili çıxartdıra bilmir. Lakin buna baxmayaraq, o, tələbkar X5 xx xxxxxx 2020-ci il tarixdə 1000 (bir min) manat ödəmiş, qalan məbləği də ayda 500 (beş yüz) manat olmaqla hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Pandemiya ilə əlaqədar iş yerləri bağlandığından iş tapa bilməmiş və real ödəniş apara bilməmişdir. Hər ay 200 (iki yüz) manat ödəyəcəyi ilə bağlı təklifi ilə isə tələbkar razı olmamışdır. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 göstərdi ki, borclu Şəxs 6000 (altı min) manat tutularaq onun xeyrinə ödənilməlidir. Borclu mənə xx xxxxxx 2020-ci il tarixdə 1000 (bir min) manat ödəmiş, qalan məbləği də ayda 500 (beş yüz) manat olmaqla hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Buna görə də o, bu barədə Xəzər rayon İcra və Probasiya şöbəsinin rəisi cənab İdris Həsənquliyevə xx xxxxxx 2020-ci il tarixli ərizə ilə müraciət edərək borcun hissə-hissə ödəniləcəyinə etiraz etmədiyini bildirmişdir. Lakin borclu həmin vədinə əməl etməmiş, sonradan hər ay 200 (iki yüz) manat ödəyəcəyini təklif etmiş, bu, onu qane etmədiyindən borclunun həmin təklifini rədd etmişdir. Yaranmış borcun tam ödənilməsini tələb edir. Ona görə də Şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində icra vərəqələrini icra etməmiş və bu hal ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddə üzrə inzibati həbs tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli nömrəli tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 09:00-dan inzibati qaydada tutulmuş xx xxxxxx 2020-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər inzibati qaydada tutulduğu 02 (iki) gün vaxt ona təyin edilmiş inzibati həbs müddətindən çıxılmalı və ona qəti olaraq inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1985-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdam rayonunun Qullar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər inzibati qaydada tutulduğu 02 (iki) gün vaxt ona təyin edilmiş 10 (on) gün müddətə inzibati həbs müddətindən çıxılsın və ona qəti olaraq 08 (gün) müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar