Məhkəmə qərarları › İş №3(003)-1501/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1501/2021

23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1501/2021 23.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tərcüməçi X2, Xəzər rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X3 və Xəzər rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X1 iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 327.1 və 343.1-ci maddəsi ilə Xəzər rayon Polis İdarəsindən (bundan sonra mətndə Xəzər RPİ-dən) daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Xəzər rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən 10 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1 və 343.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* saylı protokoldan görünür ki, Şəxs 06 noyabr 2021-ci il tarixdə “Ford Mondeo” minik markalı **-SS-*** qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Xəzər rayonu ərazisində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında Xəzər rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, 06 noyabr 2021-ci il tarixdə evindən aralı küçədə özünə məxsus “Ford Mondeo” minik markalı **-SS-*** qeydiyyat nişanlı avtomobili saxlayarq, onun salonunda oturub pivə içirmiş. Bir müddət sonra oradan keçən ÇPA-nın əməkdaşları onun maşının nasaz olmasını zənn edib ona yaxınlaşaraq burada niyə dayanmasını soruşmuş, maşının salonunda pivə içdiyini gördükdə isə Xəzər RPİ DYP-nə məlumat verərək YPX-nin əməkdaşlarını oraya çağırmışlar. Çağırışa gələn DYP-nin əməkdaşları ondan alkoqollu içki qəbul edib-etməsini soruşmuş, o da maşınında oturub pivə içməsini etiraf etmişdir. Polis əməkdaşı onun içkili olub-olmamağını yoxlamaq üçün Respublika Narkoloji Mərkəzinə getməsini bildirmiş, lakin o, maşını sərxoş vəziyyətdə idarə etməməsini, sadəcə olaraq maşınını saxlayıb onun salonunda oturaq vəziyyətdə pivə içməsini və içib qurtardıqdan sonra yaxınlıqda yerləşən evinə gedəcəyini bildirərək onların təklifindən imtina etmişdir. Onu da təkrarən bildirir ki, həmin hadisə 06 noyabr 2021-ci il tarixdə baş vermişdir. Qüvvədə olan qanunvericiliyin tələbinə əsasən DYP əməkdaşları tərəfindən protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilməli olduğu halda, naməlum səbəblərə görə 4(dörd) gün sonra, yəni 10 noyabr 2021-ci il tarixdə tərtib edilmişdir. Hesab edir ki, onun barəsində inzibati xəta haqqında protokol qərəzli şəkildə və inizibat xətalar haqqında qanunvericiliyin tələblərinin kobudcasına pozulması ilə tərtib edilmişdir, hərəkətlərində inzibati xəta tərkibi yoxdur, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Xəzər rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 göstərdi ki, 06 noyabr 2021-ci il tarixdə X8 əməkdaşları məlumat verərək Xəzər rayonu Mərdəkan qəsəbəsi “Makaronnu” adlanan ərazidə “Ford Mondeo” minik markalı **-SS-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs yolun kənarında dayanaraq avtomobilində spirtli içki qəbul etdiyini bildirmişlər. Həmin küçəyə gələrək Şəxs içkili olduğunu görmüş və onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün onu Respublika Narkoloji Mərkəzinə aparmış, lakin o, tibbi müayinədən imtina etmişdir. Bu səbəbdən Şəxs barəsində həmin protokolu tərtib etmişdir. Məhkəmə iclasında Əlahiddə X8 Patrul bölüyünün polis nəfəri, polis baş serjantı X5 şahid qismində izahat verərək bildirdi ki, 06 noyabr 2021-ci il tarixdə Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində xidmət apararkən ərazidə “Ford Mondeo” minik markalı **- SS-*** qeydiyyat nişanlı avtomobilin yolun kənarında nasaz vəziyyətdə dayanmasını görüb həmin avtomobilə yaxınlaşmış və sürücünün sərxoş olduğunu, avtomobilində spirtli içki qəbul etdiyini görmüşdür. Bu barədə Xəzər rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinə məlumat vermiş, bir qədər sonra yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 oraya yaxınlaşmış, sürücünün sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün onu Respublika Narkoloji Mərkəzinə aparmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin, nümayəndənin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsində göstərilən əlamətlər yoxdur və buna görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Xəzər RPİ DYPŞ-nə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsinə görə bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşdırması zamanı Xəzər rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli 10 noyabr 2021-ci il tarixli protokoldan müəyyən edildi ki, inzibati xəta 06 noyabr 2021-ci il tarixdə baş verməsinə baxmayaraq, protokol 4 (dörd) gün sonra, yəni 10 noyabr 2021-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində İXP ******* nömrəli 10 noyabr 2021-ci il tarixli protokol tərtib edilərkən prosessual müddət pozulmuşdur. Bundan başqa, Şəxs sərxoş halda avtomobili idarə etməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında Xəzər rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin əməkdaşları tərəfindən hadisə ilə bağlı heç bir mötəbər sübut təqdim edilmədi. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Xəzər RPİ DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar