Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1502/2025 10.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri Xəzər rayon X15 Şöbəsinin Polis Baş leytenantı X3, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin sahə inspektoru X2 iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri Xəzər rayonu X9 ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 10 iyun 2025-ci il tarixdə Bakı şəhər Xəzər rayon X14 Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş 09 iyun 2025-ci il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Eyni zamanda həmin tarixdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin polis sahə inspektoru polis mayoru X5 tərəfindən Şəxs barəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş 09 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur İXH protokolda göstərilir ki, Şəxs ona məxsus VAZ 21074 minik markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobili yüksək sürətlə idarə edib manevr qaydasını pozaraq dönmə işığından istifadə etmədən sağ zolağa çıxıb ötmə əməliyyatı apardığını, bundan sonra yenidən yerdəyişmə edərək digər hərəkət iştirakçılarına maneə yaradıb avtomobili təhlükəli idarə etdiyini, bundan sonra otel istiqamətində hərəkət edərək dairəvi hərəkət təşkil olunmuş yerdə dairəvi hərəkətdə olarkən dayanıb digər hərəkət iştirakçılarında çaşqınlıq yaratmışdır. DYP-nin əməkdaşları ona saxla işarəsi vermişlər, lakin Ceyhun maşını saxlamadığından polis əməkdaşları onların arxalarınca düşmüşlər. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü və 535.1-ci maddəlləri ilə inzibati xətanın törətməsini nəzərdə tutan 09 iyun 2025-ci il tarixli İXP ******* və 09 iyun 2025-ci il tarixli MN seriyalı ******* saylı İXH protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin polis sahə inspektoru polis mayoru X1 Ceyhun Cabir oğlunun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək onun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protkolu tərtib etmiş Bakı şəhəri Xəzər rayon X15 Şöbəsinin Polis Baş leytenantı X7 izahatında bildirdi ki, Şəxs 09 iyun 2025-ci il tarixli İXP ******* nömrəli protokola əsasən onun idarə etdiyi «Vaz 21074” markalı, **-RN- *** dövlət nömrə nişanlı avtomobillə Binə qəsəbəsində hərəkətdə olan zaman dəfələrlə avtoxuliqanlıq hərəkətləri edildiyi, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi hərəkətlərə yol verdiyi aşkar olunmuşdur. Sürücüyə dəfələrlə saxla əmri verilsədə o buna əməl etməyərk yenidən öz hərəkətlərini davam etdirmişdir. Nəticədə saxlanılaraq qayda pozuntusu izah olunmuş və sənədləri təqdim etməsi xahiş olunmuşdur. Baş vermiş inzibati xəta haqqında tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünü təqsirli bilərək izahatında göstərdi ki, VAZ 21074 minik markalı **-RN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsus deyil dostuna məxsusdur. Qayda pozuntusu tərəfindən tələsdiyinə görə baş vermişdir. Hazırda əməlindən peşimandır, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə baxışında hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən Şəxs idarə etdiyi «Vaz 21074” markalı, **-RN-*** dövlət nömrə nişanlı avtomobillə Binə qəsəbəsində hərəkətdə olan zaman yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozması müəyyən olunmuşdur. Bakı şəhəri Xətai RPİ-nin X14 Şöbəsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib olunmuş 09 iyun 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin tələblərini pozması əsas gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xəzər RPİ-nin X14 Şöbəsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 09 iyun 2025-ci il tarixli raportunda Şəxs avtomobili yüksək sürətlə idarə edib manevr qaydasını pozaraq dönmə işığından istifadə etmədən sağ zolağa çıxıb ötmə əməliyyatı apardığını, bundan sonra yenidən yerdəyişmə edərək digər hərəkət iştirakçılarına maneə yaradıb avtomobili təhlükəli idarə etdiyini, bundan sonra otel istiqamətində hərəkət edərək dairəvi hərəkət təşkil olunmuş yerdə dairəvi hərəkətdə olarkən dayanıb digər hərəkət iştirakçılarında çaşqınlıq yaratdığını qeyd etmişdir 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla, həmçinin İXH-da protokola əlavə edilmiş hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 09 iyun 202-ci il tarixdə idarə etdiyi «Vaz 21074” markalı, **-RN-*** dövlət nömrə nişanlı avtomobillə Binə qəsəbəsində hərəkətdə olan zaman mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozması öz təsdiqini tapdı. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Həmçinin, məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən, onun polis şöbəsinə gəlməkdən imtina etməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırmaqla həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-1502/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1502/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver