Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1508/2021 23.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis mayoru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şıxaliyev Elmin Radim oğlunun iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu nömrəsiz fərdi evdə yaşayan Şıxaliyev Elmin Radim oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 510-cu maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən (bundan sonra mətndə Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ) daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: 23 noyabr 2021-ci il tarixdə Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis mayoru X4 izahatında göstərdi ki, Şəxs sərxoş halda 23 noyabr 2021-ci il tarixdə bacısı Günel Şıxaliyevanın ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şıxaliyev Elmin Radim oğlu Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, həmin hadisədən bir gün əvvəl bacısı Günel Şıxaliyeva ilə ailə-məişət zəminində mübahisə etmiş, bacısı isə ondan polisə şikayət etmişdir. Hadisə günü isə o, əvvəlcə Sabunçu Xəstəxanasında müalicə olunan qazı dostunu yoluxmağa getmiş, oradan çıxdıqdan sonra kafelərin birində əyləşərək yeyib-içmiş, gecə saat 01:00 radələrində evə gələrkən sərxoş olmuşdur. Evə girib paltarını dəyişdikdən sonra təbii ehtiyacını ödəməkdən ötrü ev ayaqqabılarını geyinərək həyətə düşmüş, geri qayıdarkən evdə olan bacısı, anası və arvadı ona qapını açmamışlar. Bunu gördükdə, o, polisə zəng edib bu barədə məlumat vermiş, daha sonra yenidən qapını nə qədər bərkdən döysə də, evdəkilər ona qapı açmayaraq polisə zəng etmiş və telefonlarını qapı tərəfə yönəldəib onun qapının ucadan döymə səslərini polis əməkdaşlarının da eşitməsi üçün şərait yaratmışdır. Həmin vaxt onun barəsində bacısı tərəfindən bir gün əvvəl polisə edilmiş şikayətlə əlaqədar Polis Şöbəsinə getmiş atası Radim kişi də gəlib çıxmış və evə girmək üçün qapını döymüş, lakin evdəkilər nə atasına, nə də ona qapını açmamışlar. Bir qədər sonra oraya gələn polis əməkdaşları onu Polis Şöbəsinə aparmış, orada o, baş verənlər barədə izahat verərək əməlini və sərxoş olmasını etiraf etmişdir. Polis əməkdaşları onun sərxoş olub-olmamasını yoxlamaqdan ötrü onu həkim müayinəsinə göndərmiş, həkimlər tərəfindən onun orta sərxoş halda olması müəyyən edilərək bu barədə müvafiq akt tərtib edilmişdir. Əməlindən peşmandır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şıxaliyev Elmin Radim oğlunun əməlini etiraf etməsini iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, onun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarına olan 1/2274 №-li, 23 noyabr 2021-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X1 orta dərəcəli olması müəyyən edilmişdir. İş materiallarında olan 23 noyabr 2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs 23 noyabr 2021-ci il tarixdə saat 03:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 23 noyabr 2021-ci il tarixdə saat 03:40dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1987-ci il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu nömrəsiz fərdi evdə yaşayan Şıxaliyev Elmin Rad im oğlu Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 5 (beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 23 noyabr 2021-ci il tarixdən saat 03:35-dən hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1508/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1508/2021
23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver