Məhkəmə qərarları › İş №3(003)-1516/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1516/2022

23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1516/2022 23.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə ailəli, 2 uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Şimal Dress qəsəbəsi, Bağlar küçəsi, ev 102-də qeydiyyatda olan və yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən tərtib olunmuş 23 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-641/2016 nömrəli xx.xx.2016-cı il tarixli və Xəzər Rayon Məhkəməsinin 2(003)-3629/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs və X1 birgə qaydada 4145,90 ABŞ dolları məbləğində pul və 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 1262 manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İcra sənədləri üzrə icraata başlamaq haqqında xx.xx.2016 və xx.xx.2019-cu il tarixli qərarlar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildirişlər göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu icra şöbəsinə gəlmədiyinə görə barəsində xx.xx.2018-ci il tarixli məcburi gətirmə və xx.xx.2022-ci il tarixli axtarış qərarları qəbul edilmişdir. Borclu Şəxs iki icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. O, bu gün saat 16:00-da polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, bir il əvvəl o, "xxxx" MMC-yə bir neçə dəfə 20-30 manat ödəniş etmişdir. "xxxx" ASC-dən o, kredit götürməmiş, zamin olmuşdur. Maddi vəziyyəti ağır olduğuna görə borcunu ödəyə bilməmişdir. Məhkəmə tərəfindən ona vaxt verilsə o, hər ay borcundan 100 manat ödəniş edə bilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, Şəxs və X1 birgə qaydada 4145,90 ABŞ dolları məbləğində pul və 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 1262 manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilən xx.xx.2016-cı il və xx.xx.2019-cu il tarixli qərarlardan görünür ki, Xəzər Rayon Məhkəməsinin icra sənədləri üzrə icraata başlamaq barədə qərarlar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində məcburi gətirilməsi barədə qərarı qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədlərini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində məcburi gətirilmə və axtarış qərarları qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarlarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədlərini heç bir üzürlü səbəb olmadan uzun müddət ərzində icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:00-da polis əməkdaşları tərəfindən Xəzər rayon icra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 23 sentyabr 2022-ci il tarixdən, saat 16:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar