Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1525/2020 23.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1996-cı il tarixdə Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Chevrolet Orlando” markalı **-FY-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi südçülük sovxozu istiqamətindən Binə körpüsü istiqamətinə gələrək “Ay Market”in qarşısında yerləşən yol ayrıcından sola, əks yola dönüb köməkçi yola manevr etmək üçün Binə körpüsü istiqamətindən düzünə hərəkətdə olan nəqliyyat vasitəsini buraxmalı olduğu halda bunu etməmiş və Binə körpüsü istiqamətindən sovxoz istiqamətinə doğru düzünə hərəkətdə olan X2 idarə etdiyi “Opel Vectra” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Opel Vectra” markalı avtomobildə sərnişin qismində olan X3 yüngül dərəcəli bədən xəsarətləri almışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Chevrolet Orlando” markalı **-FY-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi südçülük sovxozu istiqamətindən Binə körpüsü istiqamətinə gələrək “Ay Market”in qarşısında yerləşən yol ayrıcından sola, əks yola dönüb köməkçi yola manevr etmək üçün Binə körpüsü istiqamətindən düzünə hərəkətdə olan nəqliyyat vasitəsini buraxmalı olduğu halda bunu etməmiş və Binə körpüsü istiqamətindən sovxoz istiqamətinə doğru düzünə hərəkətdə olan X2 idarə etdiyi “Opel Vectra” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Opel Vectra” markalı avtomobildə sərnişin qismində olan X3 yüngül dərəcəli bədən xəsarətləri almışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, o məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin xx xxxxxxxx 2020-ci il tarixli, 1086 saylı rəyində görünür ki, X1 məhkəmətibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – alının kəsilmiş yarası kəsici təsirə malik əşya (ola bilsin şüşə parçası) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2020-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli qərardan müəyyən olunur ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Chevrolet Orlando” markalı **-FY-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi südçülük sovxozu istiqamətindən Binə körpüsü istiqamətinə gələrək “Ay Market”in qarşısında yerləşən yol ayrıcından sola, əks yola dönüb köməkçi yola manevr etmək üçün Binə körpüsü istiqamətindən düzünə hərəkətdə olan nəqliyyat vasitəsini buraxmalı olduğu halda bunu etməmiş və Binə körpüsü istiqamətindən sovxoz istiqamətinə doğru düzünə hərəkətdə olan X2 idarə etdiyi “Opel Vectra” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Opel Vectra” markalı avtomobildə sərnişin qismində olan X3 yüngül dərəcəli bədən xəsarətləri almışdır. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxsnın əməlindən peşman olduğu iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxsnın Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1525/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1525/2020
23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver