Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1526/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X3, Bakı şəhər Xəzər Rayon DYPŞ yol patrul xidməti inspektoru X2 iştirakı ilə, Bakı şəhər Xəzər Rayon DYPŞ TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Bakı şəhər Xəzər Rayon DYPŞ TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmiş, lakin müraciət müəllifi şikayətində yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) normalarına istinad etmiş və sözügüdən qərarın ləğv edilməsi üçün hər hansı bir əsas göstərməmişdir. Bakı şəhər Xəzər Rayon DYPŞ TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan və xx.xx.2025-ci il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, yük daşıyan “Ford Tranzit” markalı 77LU075 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X7 nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair normativ tələbləri pozub nəzərdə tutulmayan avadanlıq quraşdırdığına görə xx.xx.2025-ci il tarixdə saat 17.40-da Bakı şəhər Xəzər Rayon DYPŞ yol patrul xidməti inspektoru X4 tərəfindən İXM-nin 342.2.2-ci maddəsinə əsasən 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında X7 şikayətini müdafiə edib təmin edilməsini xahiş edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhər Xəzər Rayon DYPŞ yol patrul xidmətinin inspektoru tərəfindən saxlanıldıqda idarə etdiyi yük daşıyan “Ford Tranzit” markalı 77LU075 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində həqiqətən hər iki yan tərəfində ayaqaltılar (“podnojka”) və yük yerində bərkidilmiş yük daşıma üçün əlavə qurğu olmuş, həmin qurğular yük daşıyan “Ford Tranzit” markalı nəqliyyat vasitəsi üçün nəzərdə tutulmadığından sonradan quraşdılmış, lakin qeyd edilən əlavə qurğuların quraşdırılması heç də normativ tələblərin pozulması demək deyil. Məhkəmə iclasında Bakı şəhər Xəzər Rayon DYPŞ yol patrul xidməti inspektoru X4 tərtib etdiyi protokola uyğun izahat verərək “Ford Tranzit” markalı 77LU075 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində hər iki yan tərəfində ayaqaltılar (“podnojka”) və yük yerində əlavə qurğunun olmasına dair videogörüntünü təqdim etmişdir. Vətəndaşın müraciəti ilə bağlı məhkəmə qısa şərh verməyi zəruri hesab edir. “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X10 nəzarəti qaydaları barədə Təlimatın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Q6-001-12 №-li Qərarından görünür ki, nəqliyyat vasitələrinin konstruksiyalarının zavod üsulu ilə beynəlxalq standartlara uyğun bir model çərçivəsində ban və ban hissələrinin hazırlanması və yenidən quraşdırılması, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsi ilə əlaqədar hüquqi və fiziki şəxslərə icazə vermək, nəqliyyat vasitələrinin yol hərəkəti təhlükəsizliyinin tələblərinə, dövlət standartlarına, normativ sənədlərə uyğun olmasına nəzarət etmək; Mürəkkəb quruluşlu avadanlıqlaşdırma aparılan nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi ilə bağlı tələblərə uyğunluğu baxımından onların texniki layihə sənədlərinə və texniki vəziyyətinə dair rəy vermək, nəqliyyat vasitələrinin sınaqdan keçirilməsində iştirak etmək, normativ tələblərə cavab verməyən nümunələrin (məmulatın) istehsalını dayandırmaq barədə müvafiq orqanlara təqdimatlar göndərmək; Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində göstərilən tələblərə, müəyyən olunmuş standartlara uyğun gəlməyən, habelə konstruksiyalarında özbaşına dəyişiklik aparılmış və icazəsiz yenidən quraşdırılmış nəqliyyat vasitələrinin istismarını qadağan etmək nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət edilməsində DYP-nin əsas vəzifələrinə aiddir. Layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə quraşdırılmasının siyahısı (Təlimata 6 №-li əlavə) Daxili İşlər Nazirliyi Baş DYPİ tərəfindən müəyyən edilir. Görüləcək yenidən quraşdırma işlərinin BDYPİ ilə razılaşdırılması üçün vətəndaşlar ərizə (Təlimata 3 nömrəli əlavə) ilə birlikdə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini də təqdim edirlər. Hər iki tərəfin izahatı, videoğörüntü və digər sənədlərlə müəyyən edilən işin mübahisəsiz halı odur ki, X3 idarə etdiyi yük daşıyan “Ford Tranzit” markalı 77LU075 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində həmin nəqliyyat vasitəsinin modelinə uyğun gəlməyən, konstruksiyasının tərkib hissəsi olmayan, layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə quraşdırılmasının siyahısında qeyd edilməyən, sözügedən nəqliyyat vasitəsinin eninə olan qabarit ölçülər, tam kütlə və onun körpülər üzrə paylanmasına dair texniki xarakteristikasında nəzərdə tutulan hədlərdən yuxarı, BDYPİ ilə razılaşdırılmamamış əlavə qurğular quraşdırılmışdır ki, bu da hərəkət təhlükəsizliyi tələblərinə cavab verməməklə yanaşı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən nəqliyyat vasitənin texniki vəziyyətinə dair tələblərin pozulmasına dəlalət edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhər Xəzər Rayon DYPŞ TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İXM-nin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Bakı şəhər Xəzər Rayon DYPŞ TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Xəzər Rayon DYPŞ TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(003)-1526/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1526/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver