Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1539/2021 09.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər rayon Məhkəməsini hakimi Hüseynli Hüseyn İnanc oğlu, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 26 noyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, həmin protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən "xxxx" MMC 84130 Avro məbləğində vəsaiti 23 oktyabr 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 84130 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Bununla da “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 08 dekabr 2021-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC məhkəməyə müraciət edərək, MMC-nin hüquqi ünvanının ünvan 1rərək, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən məhkəməyə daxill olmuş məktubu nəzərdən keçirib hesab edirəm ki, protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İnzibati xəta haqqında protokoldan göründüyü kimi qeyd edilən inzibati xəta "xxxx" MMC tərəfindən 24 oktyabr 2021-ci il tarixdə həmin hüquqi şəxsin ünvanında törədilmişdir. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi barədə portalının vergi ödəyicilərinin məlumatlarından çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 6, məhəllə 589 ünvanıdır. Belə olan təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin müddəalarını, yəni inzibati xəta haqqında işə onun törədildiyi yer üzrə baxılması bağlı tələblərinin rəhbər tutaraq və "xxxx" MMC-nin hüquqi ünvanının ünvan 3 alaraq hesab edirəm ki, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 26 noyabr 2021ci il tarixli, MN № ******* saylı protokol iş materialları ilə birgə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 110 və 114-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-1539/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1539/2021
09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver