Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1540/2024 16.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448 və 504-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, 12 yanvar 2024-cü il tarixli əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərara əsasən 12 yanvar 2024-cü il tarixdə saat 15:50 radələrində Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi 77HX571 dövlət qeydiyyat nişanlı "Opel Astra" markalı minik nəqliyyat vasitəsinə yaxınlaşaraq topladığı Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş müxtəlif malları nəqliyyat vasitəsinin yük yerinə qoyarkən əməliyyat qrupu üzvləri yaxınlaşmış və özlərini Şəxs təqdim etmişdir. İlkin vizual baxış zamanı Şəxs nəqliyyat vasitəsinin yük yerinə qoyduğu yüklərin Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş Azərbaycan Respublikası Aksiz markası ilə markalanmalı olan lakin belə marka markalanmamış siqaretlər, mobil telefonlar və digər mallar olduğu müəyyən edilərək X1 Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət edilmiş və ətraflı baxış zamanı Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi 77HX571 dövlət qeydiyyat nişanlı "Opel Astra" markalı minik nəqliyyat vasitəsinin yük yerindən götürülmüş malların üzərində "Gold Marlboro EDGEK" yazısı yazılmış 4 blok hər blokda 10 qutu, hər qutuda 20 ədəd siqaret olmaqla ümumilikdə 800 ədəd Azərbaycan Respublikası Aksiz markası ilə markalanmalı olan lakin belə marka markalanmamış siqaretlər, üzərində "dyson supersonic" sözləri yazılmış bir ədəd fen, üzərində "ОлСİO 925" yazısı yazılmış çəkisi 825 qram ağ və sarı metaldan hazırlanmış tort qabı, **********14303 və **********14619, **********14429 və **********14580, **********13862 və **********14036, **********13281 və **********13476 İMEİ kodlara malik 4 ədəd "iphone 15 pro max” markalı mobil telefon müəyyən edilərək protokol əsasında götürülmüşdür. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 19 aprel 2024-cü il tarixli 5/107-6/673-9/746- 5/121 nömrəli ekspert rəyinə əsasən: aparılmış tədqiqatlara əsasən təqdim olunmuş 1 ədəd gümüşü-sarı rəngli metaldan qab-üzərində "925" əyar damğası həkk olunmuşdur, materialı 925 ayarlı gümüşə uyğundur, çəkisi 824.10 qramdır. Təqdim edilmiş sensor ekran və proqram təminatında əks olunan göstəriciyə əsasən "İOS 17.0.2" əməliyyat sistemi ilə təchiz olunmus 04 (dörd) ədəd "İphone 15 Pro Max (512 GB yaddaş tutumuna malik)" markalı "MWF12ZA/A" modelli aktivləşdirilmiş mobil smartfonlar hal-hazırda işlək vəziyyətdə olub, istifadəyə üçün yararalıdırlar. Təqdim olunan "İphone 15 Pro Max" markalı telefonda olan əmtəə nişanı 975076-iPhone nömrəli beynəlxalq qeydiyyatda olan əmtəə nişanı ilə eynidir. Ekspertiza tədqiqatına edilmiş predmetlərin 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 6960 manat müəyyən edilir: -1 ǝdǝd Северная чернь маrkalı 40130088 A06 serialı qab -5000 manat, -1 ədəd üzərində "iphone" yazıları olan mobil telefon -200 manat, 4 ədəd 800 manat, -1 ədəd "Dyson Supersonic" markalı fen-880 manat, -4 blok Aksiz markası olmayan "X2" markalı siqaret 280 manat. Təqdim edilmiş 04 ədəd "İphone" telefonu açılmadan diaqnostika olundu bu zaman müəyyən olundu ki, həmin mobil smartfonlar orjinal "Apple" məhsulu olan "İphone" markalı mobil smartfonun spesifikasına uyğun deyildir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448 və 504-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 00800-00409/24 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs malların saxta olduğunu, ona istinad edilən inzibati xətanı törətdiyini etiraf edərək barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448 və 504-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1 ədəd gümüşü-sarı rəngli metaldan qab-üzərində "925" əyar damğası həkk olunmuşdur, materialı 925 ayarlı gümüşə uyğundur, çəkisi 824.10 qramdır. Təqdim edilmiş sensor ekran və proqram təminatında əks olunan göstəriciyə əsasən "İOS 17.0.2" əməliyyat sistemi ilə təchiz olunmus 04 (dörd) ədəd "İphone 15 Pro Max (512 GB yaddaş tutumuna malik)" markalı "MWF12ZA/A" modelli aktivləşdirilmiş mobil smartfonlar hal-hazırda işlək vəziyyətdə olub, istifadəyə üçün yararalıdırlar. Təqdim olunan "İphone 15 Pro Max" markalı telefonda olan əmtəə nişanı 975076-iPhone nömrəli beynəlxalq qeydiyyatda olan əmtəə nişanı ilə eynidir. Ekspertiza tədqiqatına edilmiş predmetlərin 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 6960 manat müəyyən edilir: -1 ǝdǝd Северная чернь маrkalı 40130088 A06 serialı qab -5000 manat, -1 ədəd üzərində "iphone" yazıları olan mobil telefon -200 manat, 4 ədəd 800 manat, -1 ədəd "Dyson Supersonic" markalı fen-880 manat, -4 blok Aksiz markası olmayan "X2" markalı siqaret 280 manat. Təqdim edilmiş 04 ədəd "İphone" telefonu açılmadan diaqnostika olundu bu zaman müəyyən olundu ki, həmin mobil smartfonlar orjinal "Apple" məhsulu olan "İphone" markalı mobil smartfonun spesifikasına uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ümumi dəyəri 6960 manat təşkil edən “Apple İphone” brendinin standartlarına cavab verməyən mobil telefonları, Azərbaycan Respublikası Aksiz markası ilə markalanmalı olan lakin belə marka ilə markalanmamış siqaretləri və digər malları gömrük qaydalarını pozmaqla Azərbaycan Respublikasına gətizdirmiş, həmin malların Azərbaycan Respublikasına gömrük qaydalarının pozulmaqla gətirildiyini əvvəlcədən bilməklə onları əldə etmiş və daşımışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə - saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinə əsasən Malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətdiyini etiraf etməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448 və 504-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müsadirə və cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448 və 504-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin və inzibati xətanın bilavasitə obyekti olan "Gold Marlboro EDGEK" yazısı yazılmış 4 blok hər blokda 10 qutu, hər qutuda 20 ədəd siqaret olmaqla ümumilikdə 800 ədəd Azərbaycan Respublikası Aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış siqaretlər, üzərində "dyson Supersonic" sözləri yazılmış bir ədəd fen, üzərində "ОлСİO 925" yazısı yazılmış çəkisi 825 qram ağ və sarı metaldan hazırlanmış tort qabı, **********14303 və **********14619, **********14429 və **********14580, **********13862 və **********14036, **********13281 və **********13476 İMEİ kodlara malik 4 ədəd "İphone 15 pro max" markalı mobil telefonlar müsadirə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-1540/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1540/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver