Məhkəmə qərarları › İş №3(003)-1543/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1543/2024

19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1543/2024 19.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İnzibati xəta haqqında prokotolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 08 iyul 2024-cü il tarixli, 00800- 00521/24 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 20 iyul 2023-cü il tarixində Şəxs MMC-nin tərəfindən Türkiyə Respublikasından müvafiq olaraq “***-*******6” nömrəli aviaqaimələr ilə daşımaları həyata keçirilən poçt göndərişlərinə dair məlumatların təhlili və onlar barəsində keçirilən gömrük nəzarəti əsnasında bir neçə risk hallarının mövcudluğu barəsində şübhələr müəyyən edilmiş və ilkin risk qiymətləndirilməsi həyata keçirilmişdir. Aparılan gömrük baxışı zamanı xx.xx.2023 tarixində Şəxs MMC daşıyıcı şirkəti ilə ölkəyə daxil olan bağlamaları elektron sənəd vasitəsi ilə və təsvirinə əsasən yoxlayarkən müvafiq olaraq Şəxs MMC “***-*******6” nömrəli .aviaqaimədə çəki fərqinin olduğu aşkarlanmış və buraxılışı təmin edilməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixində gömrük yoxlaması həyata keçirilmiş və yoxlama zamanı bağlamalarda olan geyim əşyaları ayrı-ayrı şəxslərin adlarına gəlməsinə baxmayaraq eyni firma istehsalı və eyni çeşidli mallar olduğu və kommersiya məqsədli mallar olduğu müəyyən edilmiş, eyni zamanda bəyan edilməyən dərman vasitələri aşkar edilmiş və protokol əsasında götürülmüşdür.Araşdırma zamanı ifadəsi alınmış "xxxx" MMC-nin təsisçisi X2 ifadəsində bildirmişdir ki, 2018-ci il tarixdən etibarən X7 ilə tanış olmuşdur. Həmin vaxt onlar Türkiyədən geyim əşyaları alıb gətirib “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə satışını həyata keçirmişdirlər. 2021-ci ilin aprel avından Tural ilə birlikdə "xxxx" MMC-ni yaratmışdırlar. Həmin MMC-nin fəaliyyət istiqaməti Türkiyədən müxtəlif geyim və ya digər əşyaları Azərbaycan Respublikasına daşımaq olmuşdur. 2021-ci ildən etibarən onlar Türkiyədən yük daşımağa başlamışdırlar. Mallar İstanbul səhəri, Beylikdüzü adlanan ərazidə Barış məhəlləsində yerləşən “Beyaz City AVM” ticarət mərkəzinin 100 nömrəli mağazasında toplanır və bağlamalar halına salınaraq onların Bakı səhərindəki ünvanlarına göndərilirmiş. Onlar həmin işin görülməsi üçün Türkiyədəki tərəfdaşlarına malların hər kiloqramına görə 0.70 ABŞ dolları ödəyirlər. "xxxx" MMC-nin Bakı səhərində filialları vardır. MMC vasitəsi ilə ölkə ərazisinə gətirilən yüklərin hər kiloqramına görə 3.60 ABŞ dolları pul alırlar. xx.xx.2023-cü il tarixdə Türkiyədən Azərbaycana müxtəlif geyim əşyaları və dərman vasitələri gətirmişlər. Qeyd edilən geyim əşyalarını Azərbaycana göndərərkən Türkiyə anbarında olan işçilər həmin malları kommersiya məqsədi daşıyan mallar kimi bilinməsin deyə müxtəlif şəxslərin adlarına göndərirmiş. Bundan onların məlumatı olurmuş. Malların bu qaydada göndərilməsi mal sahibinə və onlara qazanc gətirirmiş. Belə ki, kommersiya məqsədli malları gətirən zaman mal sahibindən 3.60 ABŞ dolları və malın dəyərinin 18 faizini tələb edirmişlər. Lakin malları müxtəlif şəxslərin adlarına göndərməyəndə mal sahibi 18 faiz məbləği ödəmirmiş. xx.xx.2023-cü il tarixdə də gətirdikləri 193 bağlama mallar da bu qaydada müxtəlif şəxslərin göndərilsə də həmin bağlamadakı geyim əşyalarının bir hissəsi Türkiyə Respublikası vətəndaşı Sıddık adlı şəxsə, bir hissəsi Natəvan adlı şəxsə və bir hissəsi Nəsrəddin Qocayevə məxsusdur. Bağlamalarda olan “Kofe” məhsulları Eysar Əmirəlivevə məxsusdur. Eysar Əmirəliyev və Nəsrəddin Qocayev 2022-ci ildə onların Türkiyə anbarında işləmişdirlər. Araşdırma zamanı izahatı alınmış şahidlər 20 iyul 2023-cü il tarixli baxış və əşyaların götürülməsi haqqında və 11 avqust 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokolda göstərilən halları təsdiq etmişlər. Araşdırma zamanı izahatı alınmış Türkiyə Respublikası vətəndaşı Kınalı Sıddık izahatında göstərmişdir ki, ona məxsus malları toplu şəkildə verdiyini, kommersiya məqsədli mallar olduğunu bilirmiş, başqa karqo şirkətləri də qanunvericiliyin tələbinə əsasən malları gömrükdə rəsmiləşdirib təhvil verirmişdirlər. "xxxx" MMC karqo onun xəbəri olmadan mallarını müxtəlif şəxslərin adına vurub gətirib, bundan mallar saxlandıqdan sonra xəbəri olmuşdur. Araşdırma zamanı ifadəsi alınmış X3 ifadəsində "xxxx" vasitəsi ilə göndərdiyi mallar üçün öz adını demişdir, lakin başqalarının adlarına göndərilmişdir, o həmin şəxsləri tanımır. Material üzrə qeyd olunan faktla bağlı xx.xx.2023-cü il tarixdə “kompleks məhkəmə fiziki- kimyəvi və əmtəəsünaslıq eksbertizası” təyin edilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/4532, 9/7236 nömrəli 21 sentyabr 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus iki ədəd parça torbadakı “Danasin 200mg” dərman pereparatı 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısına” daxildir. Təqdim olunmuş 4 ədəd qutuda 400 ədəd kapsul "Danasin 200 mq” dərman pereparatının tərkibində danazolun təsir maddəsinin ümumi miqdarı 80 qramdır. (1 kapsulda 200 mq, 1 qutuda 20 qram). Digər dərman pereparatları 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarına” və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının, habelə Zəhərli maddələrin siyahılarına” daxil deyildir. Təqdim edilmiş pereparatların istifadəyə yararlı olub-olmaması barədə qoyulmuş sual materialın məhkəmə ekspertizasının həll etdiyi məsələlərə aid deyildir. Təqdim edilmiş- pereparatların üzərindəki tarix göstəricilərinə əsasən istifadə müddəti keçməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/6543 nömrəli 23 oktyabr 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların xx.xx.2023-cü il tarixə olan ümumilikdə orta bazar qiyməti təxminən 45806 manat müəyyən edilir. Eyni zamanda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/6543 nömrəli 23 oktyabr 2023-cü il tarixli ekspert rəyindən və ********* nömrəli cinayət işinin materialllarında olan 23 aprel 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC tərəfindən müxtəlif şəxslərin adlarına Azərbaycan Respublikasına gətirdikləri, X4 və Türkiyə Respublikası vətəndaşı Kınalı Sıddıka məxsus olan və onlardan xəbərsiz qeyri kommersiya malları kimi gətirilən geyim əşyalarının dəyəri 23505 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında prokotolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb eilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin icraçı direktoru Tural Hüseyn 18 iyul 2024-cü il tarixə məhkəməyə ərizə ilə müraciət edərək, inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəyəri 45806 manat olan kommersiya təyinatlı geyim əşyalarından ibarət 193 ədəd poçt bağlamasını ayrı-ayrı şəxslərin adlarına sifariş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə Şəxs MMC-nin əməlində məsuliyyəti məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, habelə barəsində inzibati icraat aparılan hüquqi şəxsin məhkəməyə ünvanladığı ərizəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müsadirə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan geyim əşyalarından, dərman preparatlarından və kofe məhsullarından ibarət 193 (bir yüz doxsan üç) ədəd bağlama müsadirə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar