Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1544/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1987-ci ildə Biləsuvar rayonu, Ağalıkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, 3 uşağı olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Yuxarı Ağalıkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 15 iyun 2023-cü il tarixli protokola əsasən Şəxs 30 may 2023-cü il tarixdə sərxoş vəziyyətdə Binə qəsəbəsində yaşadığı evdə arvadı X2 döymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 15 iyun 2023-cü il tarixli protokola əsasən Şəxs 15 iyun 2023-cü il tarixdə sərxoş vəziyyətdə Binə qəsəbəsində küçədə ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, 2023-cü ilin fevral ayında İXM-nin 535.1 və 510-cu maddələrlə təqsirli bilinərək 20 gün müddətə inzibati həbs olunmuşdur. xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə yaşadıqları evdə arvadı X2 yumruq və təpiklə bir neçə dəfə vurmuşdur. xx.xx.2023-cü il tarixdə isə sərxoş halda küçədə ünvansız söyüşlər söymüşdür. Hazırda alkoqolizmdən müalicə olunmaq istədiyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 göstərdi ki, Şəxs onun əridir, 3 uşaqları vardır. xx.xx.2023-cü il tarixdə əri sərxoş halda yaşadıqları evdə onu bir neçə dəfə yumruq və təpiklə döymüşdür. Əvvəllər də bu hal bir neçə dəfə təkrar olunmuşdur. Şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 30 may 2023-cü il tarixdə sərxoş vəziyyətdə Binə qəsəbəsində yaşadığı evdə arvadı X2 döymüşdür. Bundan başqa, Şəxs 15 iyun 2023-cü il tarixdə sərxoş vəziyyətdə Binə qəsəbəsində küçədə ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq etmişdir. İş materiallarına əlavə edilmiş 1/2167 nömrəli xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs sərxoşluq dərəcəsi ortadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1 və 510-cu maddələri ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati həbs olunmuşdur. Məhkəmə Şəxs əməli etiraf etməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini, inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.2 və 33.1.7-ci maddələrinə əsasən məsuliyyətini ağırlaşdıran hallar kimi qiymətləndirir. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. Şəxs məhkəməyə xx.xx.2023-cü il tarixdə saat 15:40-da polis tərəfindən məhkəməyə gətirilmişdir. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 510-cu maddələri ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 16 iyun 2023-cü il saat 15:40-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1544/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1544/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver