Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1544/2024 19.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İnzibati xəta haqqında prokotolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 08 iyul 2024-cü il tarixli, 00800- 00511/24 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 20 iyul 2023-cü il tarixində "xxxx" MMC-nin tərəfindən Türkiyə Respublikasından müvafiq olaraq “***-*******6” nömrəli aviaqaimələr ilə daşımaları həyata keçirilən poçt göndərişlərinə dair məlumatların təhlili və onlar barəsində keçirilən gömrük nəzarəti əsnasında bir neçə risk hallarının mövcudluğu barəsində şübhələr müəyyən edilmiş və ilkin risk qiymətləndirilməsi həyata keçirilmişdir. Aparılan gömrük baxışı zamanı xx.xx.2023 tarixində "xxxx" MMC daşıyıcı şirkəti ilə ölkəyə daxil olan bağlamaları elektron sənəd vasitəsi ilə və təsvirinə əsasən yoxlayarkən müvafiq olaraq "xxxx" MMC “***-*******6” nömrəli .aviaqaimədə çəki fərqinin olduğu aşkarlanmış və buraxılışı təmin edilməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixində gömrük yoxlaması həyata keçirilmiş və yoxlama zamanı bağlamalarda olan geyim əşyaları ayrı-ayrı şəxslərin adlarına gəlməsinə baxmayaraq eyni firma istehsalı və eyni çeşidli mallar olduğu və kommersiya məqsədli mallar olduğu müəyyən edilmiş, eyni zamanda bəyan edilməyən dərman vasitələri aşkar edilmiş və protokol əsasında götürülmüşdür. Araşdırma zamanı ifadəsi alınmış Şəxs ifadəsində bildirmişdir ki, Türkiyə Respublikasında biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi əldə edərək, Bakı səhərinə qayıtmışdır. Türkiyə Respublikasının istanbul səhərində olarkən təhsilini basa vurduğu üçün ticarətlə məşğul olmaq qərarına gəlmiş və oradan alaraq Azərbaycan Respublikasında satmaq niyyəti yaranmışdır. Araşdırmış və kişi sport geymi (rep stili) alıb satmaq qərarına gəlmişdir. İstanbulda Mərtəl bölgəsindən topdan satış verindən 84 ədəd mayka almış, tır vasitəsi ilə göndərmək fikrini demiş ancaq ona maykaları satan şəxs yaxınlıqda təyyarə vasitəsi ilə yük daşıma şirkəti olduğunu və daha tez çatacağını bildirmişdir, əlaqə saxlamış və sabahısı gün satıcının yanına Mərt adlı şəxs gələrək onunla danışmış və kiloqramı 6 ABŞ dollarından razılaşmışlar. Ancaq Mərt ondan ona təxmini 13-14 adamın “smart costoms” hesabı istəmişdir. O da qohum, dost və tanışlarından qeyd edilən hesablarını istəmiş və həmin hesabla satmaq üçün mayka qətirəcvini bildirmişdir onlarda razılaşıb vermişdlər. "xxxx" adlı daşıma şirkəti tanımırmış. Malları gömrükdə saxlandıqdan sonra daşıma şirkətinin "xxxx" olduğunu bilmişdir. Adlarını "xxxx" adlı daşıma şirkətinə verdiyi şəxslər Aygün Orucova, Bəhman Ələkbərov, Emil Hüseynov, Famil Süleymanov, Gülsən Qocayeva, Həsən Feyziyev, Kəmalə Qocayeva, Mirzə Hüseynov, Nərmin Yusifova, Nübar Əbubəkrli, Samirə Tağıyeva, Samir Bəxtiyarov, Ülkər Musazadə və Elbrusdur. İzləmə kodu RUN 117822 olan Aygün Orucova adına gələn bağlamanın daxilində “Buteks” firmasına aid olan 8 ədəd ağ rəngli qadın telman maykası onundur və Aygün Orucovanm adına o qeyd etdimişdir. İzləmə kodu RUN 117829 olan Emil Hüseynov adına gələn bağlamanın daxilindən aşkar edilmiş “Buteks” firmasına aid 4 ədəd ağ rəngli qadın idman maykası onundur və Emil Hüseynovun adına o qeyd etdirmişdir. İzləmə kodu RUN 117824 olan Famil Süleymanov adına gələn bağlamanın daxilində “Buteks” firmasına aid olan 8 ədəd krem rəngli qadın idman maykası onundur və Famil Süleymanovun adına o qeyd etdirmişdir, İzləmə kodu RUN 117826 olan Gulshan Qocayeva adına gələn bağlamanın daxilində “Buteks” firmasına aid olan 4 ədəd müxtəlif ölçülü krem renqli mayka və 4 ədəd yaşıl rəngli qadın idman maykası və RUN 117819 olan Gülsən Qocayeva adına gələn bağlamanın daxilində “Buteks” firmasına aid 8 ədəd krem rəngli qadın idman maykası onundur və Gulshan Qocayeva adına o qeyd etdirmişdir, izləmə kodu RUN 117828 olan Hasan Hasan adına gələn bağlamanın daxilində “Buteks” firmasına aid olan 8 ədəd ağ rəngli qadın idman maykası onundur və Hasan Hasan adına o qeyd etdirmişdir, izləmə kodu RUN 117820 olan Kəmalə Qocyeva adına gələn bağlamanın daxilində “Buteks” firmasına aid olan 8 ədəd müxtəlif ölçülü yaşıl rəngli qadın idman maykası onundur və Kəmalə Qocayeva adına o qeyd etdirmişdir, izləmə kodu RUN 117832 olan Nübar Abubəkirli adına gələn bağlamanın daxilində Türkiyə istehsalı olan 4 ədəd krem rəngli qadın idman maykası və 4 ədəd ağ rəngli qadın idman maykası onundur və Nübar Abubakirlinin adına o qeyd etdirmişdir. İzləmə kodu RUN 117833 olan Samir Bəxtiyarov adına gələn bağlamanın daxilində “Buteks” firmasına aid 4 ədəd yaşıl rəngli və 4 ədəd krem rəngli qadın idman maykası onundur və Samir Bəxtiyarovun adına o qeyd etdirmişdir. İzləmə kodu RUN 117831 olan Elbrus Elbrus adına gələn bağlamanın daxilində “Buteks” firmasına aid 8 ədəd müxtəlif ölçülü ağ rəngli qadın idman maykası onundur və Elbrus Elbrus adına mən qeyd etdirmişdir. İzləmə kodu RUN 117817 olan onun adına gələn bağlamanın daxilində “Butek” firmasına aid olan 8 ədəd ağ rəngli qadın idman maykası onundur öz adına o qeyd etdirmişdir, izahatında qeyd etdiyi kimi, “Buteks” firmasına aid mayka yükü gətirmiş, “Buteks” firmasına aid maykalar qeyd edildiyi şəxslər onun tanışlarıdır və həmin şəxslərin hesablarını o vermişdir. Ona aid malları "xxxx" adlı daşıma şirkətinin nümayəndəsinə o vermişdir. Hazırkı izahatında da qeyd etdiyi kimi və aydın olduğu kimi ona aid “Buteks” firmasının istehsalı mallar 84 ədəddir və onun tanışlarının adlarına göndərilmişlər. Hazırda ticarətlə məşğul olmur, ona aid 84 ədəd “Buteks" firmasının istehsalı mallardan dövlət nəfinə imtina edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/6543 nömrəli 23 oktyabr 2023-cü il tarixli ekspert rəyindən və ********* nömrəli cinayət işinin materialllarında olan 23 aprel 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs tərəfindən kommersiya məqsədi öz tanışlarının adına "xxxx" MMC-vasitəsi ilə gətirilən malların dəyəri 680 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında prokotolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb eilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 19 iyul 2024-cü il tarixə məhkəməyə teleqram ilə müraciət edərək, inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəyəri 680 manat olan kommersiya təyinatlı geyim əşyalarından ibarət 84 ədəd poçt bağlamasını ayrı-ayrı şəxslərin adlarına sifariş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə Şəxs əməlində məsuliyyəti məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, habelə barəsində inzibati icraat aparılan şəxsin məhkəməyə ünvanladığı müraciətini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müsadirə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan geyim əşyalarından ibarət 84 (səksən dörd) ədəd bağlama müsadirə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-1544/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1544/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver