Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1545/2023 05.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, X1, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 iştirakı ilə X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdim: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon İŞ-nin rəisi İdris Həsənquliyev və icra məmuru Şəfəq Neymətzadəyə Azərbaycan Respublikası İXM-nin 594-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilməsini, onların qanunsuz əməlləri nəticəsində ona dəymiş real ziyan 593,27 manat məbləğində pul onlar tərəfindən ona ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 şikayətin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X5 şikayəti etiraf etməyərə, təmin edilməsinə etiraz etdi. Müraciəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, müraciətə məhkəmədə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, müraciətdə məhkəmədən İXM-nin 594.0.4-cü maddəsi ilə təqsirli şəxslərin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi xahiş edilir. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmələrin baxdığı inzibati xəta haqqında işlərin dairəsi İXM-nin 43.1-ci maddəsi ilə müəyyən edilmişdir. İXM-nin 43.2-ci maddəsinə əsasən həmin Məcəllənin 54.2-ci maddəsində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir. İXM-nin 100.1-ci maddəsinə əsasən həmin Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İXM-nin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Bununla da sadalanan normalara əsasən İXM-nin 594-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti İXM-nin 43.1-ci maddəsinə əsasən məhkəmələrə aid edilsə də, bunun üçün ilk növbədə həmin inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda müəyyən edilmiş vəzifəli şəxslər tərəfindən İXM-nin 100-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında protokol tərtib edilməli, vəzifəli şəxs həmin protokolu İXM-nin 103.1-ci maddəsinə əsasən məhkəməyə göndərilməli, bundan sonra məhkəmə həmin inzibati xəta haqqında işə baxıb qərar çıxara bilər. Lakin hazırkı iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxsin İXM-nin 100-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında protokolu mövcud deyildir. Həmçinin məhkəmdə İXM-nin 100-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol, ya da prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı əsasında işə baxıla bilər və inzibati tənbeh tətbiq ediə bilər. Lakin qeyd edilən prosessual sənədlər mövcud deyildir. Hazırkı müraciət həmin prosessual sənədləri əvəz etmir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Buna görə də hazırkı müraciətə məhkəmə qaydasında baxılıb, müraciətdə göstərilən şəxsləri inzibati məsuliyyətə cəlb etmək mümkünsüzdür. İXM-də belə bir norma müəyyən edilməmişdir. Ona görə də müraciət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, qəraraaldım: Təqsirli şəxslərin müəyyən edilib, inzibati məsuliyyətə cəlb edilməsi və inzibati tənbeh edilməsi barədə məhkəmə qərarının çıxarılmasına dair X4 tərəfindən verilmiş müraciət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-1545/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1545/2023
05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver