Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1546/2023 17.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Dövlət X5 polis mayoru, X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 334.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri, Xəzər rayon Polis İdarəsi Dövlət X4 Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati potokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis mayoru X3 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində idarə etdiyi “Opel Omega” markalı avtomobillə Hövsan qəsəbəsi istiqamətindən Türkan qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman digər istiqamətdə hərəkətdə olan “Mercedes” markalı avtomobilin yoluna çıxmış və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə zamanı “Mercedes” markalı avtomobilin sol qabaq qapı, arxa qapı və digər hissələrinə zərər dəymişdir. Araşdırma aparılan zaman müəyyən olunmuşdur ki, Şəxs avtomobili sərxoş halda idarə etmiş və avtomobili idarə etmək hüququ olmadan idarə etmişdir. Qeyd olunanlara əsasən Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinin tərkibi yarandığı üçün bu barədə müvafiq protokol tərtib edilmişdir. Odur ki, Şəxs qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xəta ilə bağlı təqsirini etiraf edərək izahatında bildirmişdir ki, idarə etdiyi “Opel Omega” markalı avtomobil onun özünə məxsusdur. xx.xx.2023-cü il tarixdə evdə spirtli içki içmişdir. Bundan sonra Türkan qəsəbəsi istiqamətində hərəkət etmişdir. Hara getməsini xatırlamır. Hərəkətdə olan zaman o, yolda düzgün manevr etmədiyindən hadisə baş vermişdir. Hazırda əməlindən peşmandır. O, aprel döyüşlərində iştirak etmiş və yaralanmışdır. Aldığı xəsarətlərə görə 2ci qrup əlildir. Həmçinin himayəsində 4 azyaşlı uşaqları vardır. Qeyd etdiklərini nəzərə alaraq məhkəmədən ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan Xəzər RPİ-nin DYPŞ-nin İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 22:00da baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, saat 22:00 radələrində idarə etdiyi “Ople Omega” markalı avtomobili ilə Hövsan qəsəbəsi istiqamətindən üzü Türkan qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman “araq” içdiyi üçün düzgün manevr etməmiş, onunla üzbəüz gələn “Mercedes” markalı avtomobillə toqquşmuşdur. Avtomobildə tək olmuş və bədən xəsarəti almamışdır. İş materiallarında olan X1 xx.xx.2023-cü il tarixli izahatından görünür ki, həmin tarixdə, saat təqribən 22:00 radələrində ona məxsus olan “Mercedes” markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Türkan qəsəbəsindən Hövsan qəsəbəsinə düzünə hərəkət etdiyi zaman onunla üzbəüz hərəkət edən “Opel Omega” markalı, ** XK *** dövlət nişanlı avtomobil əks hərəkət yol zolağına çıxaraq onun avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı onun avtomobilinin sol tərəfdən qabaq qapı, arxa qapı, arxa qanad və digər hissələri əzilmişdir. Avtomobildə tək olmuş və heç bir xəsarət almamışdır. İş materiallarında olan Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, yol nəqliyyat hadisəsi zamanı X1 idarə etdiyi “Mercedes” markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq və arxa qapılara, sol arxa qanad və sairə hissələrinə zərər dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1/2194 nömrəli sərxoşluq halların bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, seriya MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs, xx.xx.2023-cü il tarixdə Türkan qəsəbəsi ərazisində YPX naryadına qarşı tabesizlik göstərdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZA seriyalı 011720 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 03:00-da inzibati qaydada tutulmuşdur. “Elektron Məhkəmə” informasiya sistemindən görünür ki, Şəxs evlidir və dörd yetkinlik yaşına çatmayan uşağı vardır. Həmçinin ƏG- 2-ci qrup əlilliyə görə pensiya alır. Məhkəmə iclasında verilmiş izahatlarla və iş materialları ilə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 22:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “Opel Omega” markalı, ** XK *** dövlət nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən onun təqsiri nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə “Mercedes” markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəsəkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olmasını, himayəsində 4 azyaşlı uşağının olmasını və İİ qrup əlil ( orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş) olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Odur ki, Şəxs Həmin Məcəllənin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərkən sərxoş vəziyyətdə olması onun məsuliyyətini ağırlaşdıran hal kimi təkrarən nəzərə alına bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXMnin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. İşin araşdırılmış hallarından görünür ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı polis əməkdaşlarının qanuni tələblərinə yerinə yetirmədiyinə görə həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, inzibati qaydada tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq edildiyi zaman onun inzibati qaydada tutulması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən peşman olmasını, himayəsində 4 azyaşlı uşaqlarının olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclası zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1546/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1546/2023
17.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver