Məhkəmə qərarları › İş №3(003)-1547/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1547/2022

24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1547/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş 13 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Xəzər Rayon Məhkəməsinin 2(003)-1880/2019 nömrəli, 08 avqust 2019-cu il tarixli icra icra vərəqəsinə əsasən Şəxs 11742 (on bir min yeddi yüz qırx iki) ABŞ dolları ödəniş günü qüvvədə olan manatla məzənnədə Azərbaycan Respublikası manatı ilə və 30 (otuz) manat dövlət rüsumu alınaraq X3 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, icra sənədi üzrə 2990 (iki min doqquz yüz doxsan) ABŞ dolları qalıq borcunu könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Xəzər Rayon Məhkəməsinin 2(003)-1880/2019 nömrəli, 08 avqust 2019-cu tarixli icra vərəqəsini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-1880/2019 nömrəli, 08 avqust 2019-cu il tarixli icra icra vərəqəsinə əsasən Şəxs 11742 (on bir min yeddi yüz qırx iki) ABŞ dolları ödəniş günü qüvvədə olan manatla məzənnədə Azərbaycan Respublikası manatı ilə və 30 (otuz) manat dövlət rüsumu alınaraq X3 ödənilməlidir. 02 oktyabr 2022-ci il tarixdə borclu Xəzər rayon İcra şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında borcunu maddi imkanı olmadığı üçün indiyə qədər icra sənədi üzrə 2990 (iki min doqquz yüz doxsan) ABŞ dolları qalıq borcunu ödəyə bilmədiyini, lakin vaxt verilərsə ödəyəcəyini bildirmişdir. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qətnaməsini indiyə qədər tam icra etməmişdir. Borclu hazırkı məhkəmə iclasları zamanı 1000 (bir min) manat ödəniş etmiş, qalan məbləğ isə ödənilməmiş qalmıdır. Bunun nəzərə alınaraq borclu barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı indiyə qədər icra sənədi üzrə 2990 (iki min doqquz yüz doxsan) ABŞ dolları qalıq borcunu tam ödəyə bilməmiş, lakin məhkəmə baxışı zamanı 1000 (bir min) manat ödəniş etmişdir. Borcun ödənilməsindən yayınmır. Ona bir qədər möhlət verilərsə, qalan borcunu hissəhissə ödəyəcəkdir. Bunun nəzərə alınaraq onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs maddi vəziyyətində olan çətinlikləri ilə bağlı icra sənədi üzrə 2990 (iki min doqquz yüz doxsan) ABŞ dolları qalıq borcunu tam ödəyə bilməmiş, lakin məhkəmənin gedişində 1000 (bir min) manat ödəniş etmiş, qalan məbləği hissə-hissə ödəyəcini vəd etmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar