Məhkəmə qərarları › İş №3(003)-1548/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1548/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1548/2023 19.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər RPİ 2-ci PŞ-nin sahə inspektoru, polis mayoru X1, zərərçəkmiş şəxs X4nın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs xx xxxxxx 1991-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İsmayıllı rayonunun Ruşan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 19 iyun 2023-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ 2-ci PŞ-nin sahə inspektoru, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs 08 aprel 2023-cü il tarixdə Xəzər rayonu Buzovna qəsəbəsi Naxçıvan küçəsi nömrəsiz evdə yaşayan X4nı sosial şəbəkədə aldadaraq 500 manat pulunu mənimsəyərək xırda talama etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər RPİ 2-ci PŞ-nin sahə inspektoru, polis mayoru X2 protokolun məzmununa uyğun izahat verdi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində müfafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 göstərdi ki, 03 aprel 2023-cü il tarixdə internet saytında sifarişlə mebel düzəltdirmək üçün ***-***-**-** nömrəli şəxslə əlaqə saxlamış, daha sonra Əfqan adlı şəxs ***-***-**-** nömrə ilə əlaqə saxlayaraq evinə gəlib künc divanı sifarişi ilə bağlı ölçü götürdükdən sonra ilkin olaraq 300 manat beh almışdır. Sonra isə Əfqan onunla telefon əlaqəsi saxlayaraq əlavə 400 manat da istəmiş, o da Əfqana məxsus **********831009 saylı karta 400 manat pul köçürmüşdür. Əfqan pulu aldıqdan sonra vədinə əməl etmədiyinə görə o, ondan pulunu geri istədikdə Əfqan onun kartına 200 manat köçürtmüş, qalan 500 manatı isə qaytarmamışdır. Əfqandan həmin 500 manatı istədikdə o, müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmamış, sonradan isə 150 manat qaytarmışdır. Beləliklə, Əfqan ümumi ziyan məbləğindən ona cəmi 350 manat qaytarmış, qalan 350 manatı isə indiyə qədər qaytarmamışdır. Buna görə də o, Əfqandan şikayətçidir. Ona dəymiş ziyanın tamamilə ödənilməsinə köməklik göstərilməsini və Əfqana törətdiyi əməlinə görə müvafiq inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, mebel ustası işləyir. 2023-cü ilin mart ayında Sona xanım adlı bir qadından künc divanı yığdırmaq üçün onlayn qaydada sifariş daxil olmuş, o, sifarişçi Sona xanımla əlaqə saxlayaraq onun evinə gəlib həmin sifarişlə bağlı ölçü götürdükdən sonra ilkin olaraq 300 manat beh almışdır. Sonra isə Sona xanıma zəng edərək daha 400 manat istəmiş, Sona xanım da ona məxsus **********831009 saylı karta 400 manat pul köçürmüşdür. Lakin işləri düz gəlmədiyindən söz verdiyi vaxtda sifarişi yerinə yetirə bilməmiş, Sona xanım pulunu geri istədikdə isə, işləmədiyi üçün maddi imkanı olmadığına görə qaytara bilməmişdir. Buna baxmayaraq, indiyə qədər Sona xanıma 350 manat qaytarmış, qalan 350 manatı isə hələlik qaytara bilməmişdir. Ona bir qədər vaxt verilərsə, həmin pulu hissə-hissə olmaqla tamamilə ödəyəcəkdir. Əməlindən peşmandır, himayəsində bir azyaşlı uşağı vardır, bir də belə bir hərəkət etməyəcəyinə söz verir. Bunun nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan 14 aprel 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş X4nın ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş X3 məxsus 500 manat pulu aldatma yolu ilə ələ keçirən Şəxs müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydad tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti şəbənin müvafiq əməkdaşına həvalə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsi, dəymiş ziyanın yarısını ödəməsini, himayəsində bir azyaşlı uşağının olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 28, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 160 (bir yüz altmış) saat ictimai işlər növündə tənbeh edilsin. Şəxs ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrini yerinə yetirsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar