Məhkəmə qərarları › İş №3(003)-1550/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1550/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1550/2024 27.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış Şahid3, Şahid2 və Şahid1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər. Aşkar olunmuş pozuntu ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin əməkdaşları tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmasına baxmayaraq onlar öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inizibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 3(003)-2373/2024 saylı, 07 avqust 2024-cü il tarixli qərarından görünür ki, Şəxs MMC-nin direktoru Nümayəndə1 Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında X2 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında X2 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Nümayəndə1 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1838/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 3(003)-2373/2024 saylı, 07 avqust 2024-cü il tarixli qərarından inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi aşkar edilmiş eyni inzibati xətaya görə inzibati orqan tərəfindən həm hüquqi şəxs Şəxs MMC, həm də vəzifəli şəxs MMC-nin direktoru Nümayəndə1 barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə ayrı-ayrılıqda iki protokol tərtib edilmişdir. Hüquqi şəxs barəsində tərtib edilmiş protokol baxılması üçün məhkəməyə göndərilmiş, vəzifəli şəxs barəsində tərtib edilmiş protokol əsasında isə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şəxs MMC-nin direktoru Nümayəndə1 özünün AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı qərardan şikayət ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qərarı ilə onun şikayəti qismən təmin edilərək inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması inzibati orqana tapşırılmışdır. Həmin qərardan inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 02 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola hazırda baxılaraq hüquqi qiymət verilməsinə zərurət yoxdur və protokola mahiyyəti üzrə baxılması mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cı maddəsini rəhbər tutaraq QƏRARAALDİ Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş 02 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar