Məhkəmə qərarları › İş №3(003)-1552/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1552/2022

13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1552/2022 13.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, X4 iştirakı ilə, X8 Bakı şəhər Baş Yol Polis İdarəsinin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : X9 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Yol Polis İdarəsinin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində xx.xx.2022-ci il tarixində DYPİ polis letenantı X3 tərəfindən TP ******* sayl, inzibati tənbeh vermə haqqında Qərar qəbul edilərək,İXP4885796 nömrəli inzibati tənbeh haqqında protokol tərtib edilmişdir. Səbəb kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyini əsas gətirilərək, Məcəllənin 114-cü maddəsinə əsasən 4 bal yazılaraq, 60 manat məbləğində cərimə edilmişdir. Bu inzibati tənbeh tədbirini tamamilə qanunsuz hesab edir və düzgün hesab etmir. Belə ki, xx.xx.2022-ci il tarixində saat 11:59-da Bakı şəhəri, Məhəmməd Hadi, 124c ərazisində idarə etdiyi PORSCHE CAYENNE markalı, ** RF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən, DYPİ Polis leytenantı X2 tərəfindən saxlanılmışdır. Polis əməkdaşı onun idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanına müdaxilə etdiyini, boya ilə nömrənin ortadakı defisini sildiyini iddia edərək, İnzibati Xətalar Məcəlləsinin 342.7-ci muddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyini əsas gətirərək, Məcəllənin 114-cü maddəsinə əsasən ona 4 bal və 60 manat cərimə yazıldı. O nömrəyə heç bir halda müdaxilə emədyini, nömrənin ona yəni, 2017-2018-ci illərdə bundan əvvəlki maşınına Baş Dövlət Yol Polis İdarəsi tərəfindən bu şəkildə verildiyini izah etdi. Hətta nömrənin defisləri üzərində AZ holoqramı da var ki, bu da nömrəyə heç bir müdaxilə etmədiyinə dair bir sübutdur. DYPİ-nin polis əməkdaşının onun barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında TP ******* saylı Qərar və tərtib etdiyi inzibati tənbeh haqqında İXP4885796 nomrəli protokolu tamamilə qanunsuz və əsassız hesab edir. Məhkəmə iclasında X10 Ramiz şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasınının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati işə inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsinin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ yol patrul xidməti tərəfindən tərib edilmiş İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, PORSCHE CAYENNE markalı, ** RF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X9 İXMnin 342.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, X9 İXM-nin 342.7-ci maddəsi ilə İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli protokol əsasən 60 manat məbləğində inzibati cərimə edilmşdir. İş materiallarında olan AD 870952 nömrəli xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, PORSCHE CAYENNE markalı, ** RF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə inzibati məsuliyyət nəzərəd tutulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri DYPİ yol patrul xidməti tərəfindən tərib edilmiş İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli protokola əsasən PORSCHE CAYENNE markalı, ** RF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X9 İXMnin 342.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərara əsasən X9 İXM-nin 342.7-ci maddəsi ilə İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli protokol əsasən 60 manat məbləğində inzibati cərimə edilmşdir. İnzibati xətaya görə X7 və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanı ilə nəqliyyat vasitəsini idarə etmişdir. (yəni dövlət qeydiyyat nişanında qeyd edilən defislər qara rəngdə deyil ağ rənglə rənglənmişdir) Həmçinin məhkəməyə təqdim edilmiş PORSCHE CAYENNE markalı, ** RF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid fotoşəkildə qeyd edilən nəqliyyat vasitəsinə dair nömrədə rəqəmlər arasında olan xətt(defis) yeri ağ rəngdədidir və həmin hissədə “AZ” yazısı mövcuddur. Yəni həmin nömrə nişanında boya ilə rənglənmiş olması halında “AZ” yazısının mövcudluğu istina edilərdi. İş hallarından da görünür ki, PORSCHE CAYENNE markalı, ** RF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən X8 mülkiyyətindədir. Məlumdur ki, dövlət qeydiyyat nişanları Azərbaycan Respublikası DYPİ tərəfindən verilir və qeydiyyat nişanları da həmin orqan tərəfindən xüsusi rənglənərək mülkiyyət sahibinə təhvil verilir. Hazırki işdə X8 idarə etdiyi PORSCHE CAYENNE markalı nəqliyyat vasitəsinin qeydiyyat nişanına hər hansı müdaxiləsi öz təsdiqini tapmır. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 347.2-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd edilən hallara görə inzibati məsuliyyət o zaman yaranır ki, hadisə şəxsin təqsirli hərəkəti ilə bağlı olsun. Hazirki halda məhkəməyə təqdim edilmiş fotoşəkildən və və həmin nəqliyyat vasitəsinə dair şəhadətnamədən barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs tərəfindən müdaxilə halı, yəni dövlət qeydiyyat nişanın olmaması, saxta olması, mövcud standartlara uyğun olmaması halı aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə şikayəti və təqdim edilmiş sənədləri araşdırıb və işin digər hallarını nəzərə alıb hesab edir ki, şikayət təmin edilməli və X8 barəsində Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36, 430-438-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilsin. X8 barəsində Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar