Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1554/2022 15.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi 08 iyul 1949-cu il tarixdə Abşeron rayonunun Məmmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu Məmmədli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən Şəxs 12 sentyabr 2022-ci il tarixində saat 09:20 radələrində idarə etdiyi “Vaz 21061” markalı “**-BV-***” dövlət qeydiyyat nişanlı avtomobilinin sol yan güzgüsü ilə piyada Zərərçəkmiş şəxs vuraraq ona yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən 30 sentyabr 2022ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmənin əvvəlki iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 09:20 radələrində Xəzər rayonu Binə qəsəbəsi Atçılıq YYM-də, Binə Atçılıq massivinin giriş istiqamətindən, Binə Atçılıq YYM-nin daxili istiqamətində, yolun əks istiqamətində yəni yolun sol kənarı ilə qarşıda yolun sağ tərəfində yerləşən “Davud” market istiqamətində piyada olaraq asta yerişlə hərəkət edirdi. Bu zaman qəfil arxada Binə qəsəbəsi Atçılıq YYM-nin daxilinə tərəf hərəkət edən ağ rəngli “Vaz 2106” markalı avtomobil yolun əks zolağına çıxdı və avtomobilin sol yan güzgüsü onun sağ qoluna dəymişdir. Avtomobilin sürücüsü ona yaxınlaşaraq ona müayinə olunmaq üçün həkimə getməyi təklif etsə də, həmin vaxt qolunda ağrıları olmadığı üçün xəstəxanay getməkdən imtina etmişdir. Bir gün sonra sol qolunda ağrılar başladığından DİN “102” xidmətinə hadisə barədə məlumat vermişdir. Şəxs ilə barışmış, ona qarşı ziyan tam olaraq ödənilmiş və heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin əvvəlki iclasında məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, 12 sentyabr 2022-ci il tarixdə, saat 09:20 radələrində özünə məxsus olan “Vaz 21061” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq YYM-də, Binə Atçılıq massivinin girişi istiqamətindən, Binə Atçılıq YYM-ni daxili istiqamətində gedən iki istiqamətli, istiqamətləri qırıq-qırıq xətt ayıran yolda saatda 30 km/saat sürətlə hərəkət edirdi. Qarşıda yolun sağ tərəfindən iki ədəd avtomobilin dayanmasını görüb həmin avtomobillərin sol tərəfindən idarə etdiyi avtomobil ilə ötüb keçmək üçün yolun əks istiqamətində, yolun sol kənarı ilə piyada hərəkət edən piyadanı sağ qolunu avtomobilin sol yan güzgüsü ilə vurmuşdur. Avtomobili saxlayaraq əvvəllər tanımadığı adını sonradan bildiyi Aslan adlı şəxsi qolunun müayinə edilməsi üçün həkimə aparmasını təklif etmiş, lakin Aslan xəsarət almadığını deyərək müayinədən imtina etmişdir. Aslanın onun barəsində “DİN “102” xidmətinə məlumat verməsini Xəzər RPİ-nin əməkdaşı tərəfindən bilmişdir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin 20 sentyabr 2022-ci il tarixli, 1247 saylı rəyində görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ mil-bilək oynağının yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl törənmiş, qərarda göstərilən 13 sentyabr 2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 sentyabr 2022-ci il tarixli qərardan müəyyən olunur ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Vaz 21061” markalı, “**-BV-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibinin yarandığı məlum olduğu üçün Şəxs barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə toplanmış materialın Xəzər RPİ-nin X2 Şöbəsinin vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-1554/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1554/2022
15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver