Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1557/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lənkəran rayonu, Hirkan qəsəbəsi ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yerləşən fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis polis kapitanı X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 11 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X6 inzibati protokolun məzmununa uyğun izahat verərək, qeyd etmişdir ki, Şəxs 26 iyun 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən evdə əvvəllər qeyri-rəsmi münasibətdə olduğu X2 ilə mübahisə etmişdir. Mübahisə zəminində onlar qarşılıqı olaraq bir-birilərinə xəsarət yetirmişdirlər. Qeyd edilən hadisə ilə bağlı 26 iyun 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası DİN 102 ximətinə müraciət etmiş və müraciət aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə göndərilmişdir. 28 iyun 2024-cü il tarixdə X2 öz növbəsində ərizə ilə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək ona Şəxs tərəfindən xəsarət yetirildiyini qeyd etmişdir. Material üzrə təhqiqatçı tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın rəyinə əsasən hər iki şəxsin bədəni üzərində aşkar edilmiş xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilməmişdir. 02 iyul 2024-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Namiq Minnətov tərəfindən material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və hər iki şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbirlərin görülməsi üçün qərarın surətinin ərazi aidiyyəti üzrə əməkdaşa göndərilməsi qərara alınmışdır. 11 iyul 2024-cü il tarixdə hər iki şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xıta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərə əsasən X1 qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd etmişdir ki, X2 ilə birlikdə dörd ilə yaxın müddətdə qeyri-rəsmi münasibətdə yaşayıblar, lakin daha sonra ondan ayrılmağa qərar vermişdir. X7 bunu qəbul etməyərək ona təzyiq göstərmiş, onun xəbəri olmadan çəkilmiş hər iki şəxs arasında baş verən intim münasibətlərin əks olunduğu videogörüntülər ilə onu şantaj etməyə başlamışdır. Hətta həmin videogörüntüləri onun anasına, qardaşına və rəsmi olaraq boşanmadığı həyat yoldaşına göndərmişdir. 26 iyun 2024-cü il tarixdə isə yaşadığı ünvan 2 ünvanında yerləşən evə qapını özündə olan açarla açaraq qanunsuz daxil olmuşdur. Bu səbəbdən onlar arasında mübahisə baş vermiş və mübahisə zamanı N.Məmmədov tərəfindən ona müxtəlif zərbələr endirmişdir. O, isə yalnız özünü müdafiə etmək istəmişdir. Bu hal bir neçə dəfə baş vermişdir. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 qeyd etmişdir ki, Şəxs ilə birlikdə dörd ilə yaxındır ki, qeyri-rəsmi münasibətdədirlər, lakin son zamanlar aralarında qısqanclıq zəminində müəyyən mübahisələr olmuşdur. 26 iyun 2024-cü il tarixdə Şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evdə aralarında mübahisə düşmüş və mübahisə zamanı Şəxs döşəmə taxtası ilə ona zərbə endirmişdir. O, isə öz növbəsində özünü müdafiə etmək üçün ona müqavimət göstərmişdir, lakin ona heç bir zərbə vurmamışdır. Lakin Şəxs qarşı şikayət və tələbi yoxdur. Barışmaq niyyətindədir. Protokolun təmin edilməsini məhkəmə mülahizəsinə saxlayır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin 02 iyul 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X2 və Şəxs şikayəti ərizələri əsasında cinayət işinin başlanılması rədd edilmiş və hər iki şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbirlərin görülməsi üçün qərarın surətinin ərazi aidiyyəti üzrə əməkdaşa göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin 28 iyun 2024-cü il tarixli, 706 saylı rəyindən görünür ki, X1 bədənində aşkar olunmuş xəsarətlər – sol saidin qançırı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın zərərvurmayan xəsarətlərə aid olduğuna görə dərəcəsi təyin edilmir. Həmçinin hadisə haqqında məlumatlara, şəxsin bədənində aşkar olunmuş xəsarətlərin xarakterləri və lokalizasiyalarını nəzərə alaraq həmin xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda qeyd edilmiş sübutlara məcmu halda qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi Şəxs tərəfindən törədilmişdir və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan xx xxxxxx 1998-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lənkəran rayonu, Hirkan qəsəbəsi ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yerləşən fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli Məhkəmə X1 ikinci qrup əlil olduğunu və bu səbəbdən mövcüd qanunvericiliyə əsəsən onun barəsində inzibati həbs tətbiqinin mümkünsüz olmasını nəzərə alaraq hesab edir ki, E.Qasımov Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz.
Məhkəmə qərarları › İş №3(003)-1557/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1557/2024
11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver