Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1559/2021 06.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2, Xəzər RPİ 3-cü PŞ-nin sahə rəisi, polis kapitanı X6 iştirakları ilə, xx xxxx 1980-cı il tarixdə Lerik rayonu Mastail kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lerik rayonu Nuravud ərazi dairəsi Zərdəbərə kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Bakı şəhəri Xəzər RPİ 3-cü Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 3cü PŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Şəxs 21 avqust 2021-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evində keçmiş arvadı X3 döymüşdür. Bununla əlaqədar Şəxs barəsində Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi, polis kapitanı X9 tərəfindən 06 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi, polis kapitanı X9 göstərdi ki, Şəxs 21 avqust 2021-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evində şəxsi münasibətləri zəminində yaranmış mübahisə zamanı keçmiş arvadı X3 döymüşdür. Bununla əlaqədar Şəxs barəsində tərəfindən 06 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, o, Şəxs 2019-cu il tarixdə rəsmi olaraq boşanmış, lakin Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evində birlikdə yaşayırlar. 21 avqust 2021-ci il tarixdə şəxsi münasibətləri zəminində yaranmış mübahisə zamanı keçmiş əri Ramin onu döymüşdür. Bundan sonra, o hadisə ilə bağlı Xəzər RPİ 3-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda Raminin etdiyi hərəkətə görə onu bağışlamamışdır və onunla barışmaq fikri yoxdur. Ona görə də, Raminə qanunvericilikdə nəzərdə tutulmuş ağır inzibati tənbeh verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, X1 2019-cu il tarixdə rəsmi olaraq boşanmış, lakin Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evində birlikdə yaşayırlar. 21 avqust 2021-ci il tarixdə şəxsi münasibətləri zəminində yaranmış mübahisə zamanı keçmiş arvadı Elnarə Bəbirovanı döymüşdür. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 oktyabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, zərərçəkmiş şəxs X4 ilə keçmiş əri Şəxs arasında yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə yaranmış və bu mübahisə zamani Şəxs keçmiş arvadı Elnarəni döyüb, qəsdən sağ və sol bazunun, sağ saidin, bel nahiyəsinin, sol budun qançırları, belin sıyrığından ibarət 21 avqust 2021-ci il tarixə uyğun gələn dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxsin xəsarətini müəyyən etmək üçün ekzpertiza təyin edilmiş, Məhkəmə Tibbi Ekspertizasının rəyinə əsasən Elnarə Bayramovanın bədənində olan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərdir. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, iş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, maddi vəziyyəti çətin olan şəxsin inzibati qaydada 300 manatdan 500 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1980-cı il tarixdə Lerik rayonu Mastail kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lerik rayonu Nuravud ərazi dairəsi Zərdəbərə kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda yaşayan yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 06 dekabr 2021-ci il tarixdə saat 17:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1559/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1559/2021
06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver