Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1561/2022 13.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş MN ******* saylı, 28 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditini aparmamışdır. Bu səbəbdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma inzibati məsuliyyət yaradır. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlamış xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, "xxxx" MMC-nin 2020-ci il üzrə illik hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyinin xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq e-mail ünvanına göndərilməsi xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlamış və MMC-nin 2020-ci il üzrə illik hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyinin xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq e-mail ünvanlarına göndərilməsi barədə bildiriş iş materiallarına əlavə edilsə də, həmin bildirişin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəbul edilməsinə dair sübut inzibati xəta haqqında protokola əlavə edilməmişdir. Beləliklə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin törədilməsi ehtimal edilən inzibati xətaya aidiyyətinin olmasını təsdiq edən zəruri sənədlər əlavə olunmamışdır. Ona görə də məhkəmə qeyd olunanları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirərək, işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə qənaətə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-1561/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1561/2022
13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver