Məhkəmə qərarları › İş №3(003)-1567/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1567/2022

04.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1567/2022 04.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Zərərçəkmiş şəxs X2, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X1 iştirakları ilə xx xxxx 1975-ci ildə Balakən rayonu, Mahamalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, fərdi əməklə məşğul olan, Balakən rayonu, Mahamalar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X5, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 04 oktyabr 2022-ci il tarixli protokola əsasən Şəxs 04 oktyabr 2022-ci il tarixdə Binə qəsəbəsində ictimai yerdə küçədə arvadı Nağıyeva (Qandayeva) Sahilə Rahat qızını nalayiq sözlərlə söyüb təhqir etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, 2017-ci ildə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2021-ci ildə cəzadan azad olunmuşdur. O özü tikintidə usta işləyir. xx.xx.2022-ci il tarixdə Binə qəsəbəsi ərazisində küçədə arvadı Sahilə ilə mübahisə etmiş, içkili olduğuna görə Sahiləni söyüb təhqir etmişdir. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 göstərdi ki, 8-9 il əvvəl Şəxslə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bu nikahdan 2 uşaqları vardır. Əri Şamil 2021-ci ildə cəzadan azad olunduqdan sonra daimi olaraq içkili vəziyyətdə evə gəlib dava-dalaş salaraq, nalayiq sözlərlə onu təhqir edir və döyür. 10 gün əvvəl əri Şamil içkili vəziyyətdə evə gələrək onunla mübahisə etmiş və döymüşdür. Həmin hadisə ilə bağlı polisdə araşdırma aparılır. xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində Şamil işkili vəziyyətdə evə gəlmiş, hamamdan çıxandan sonra çılpaq vəziyyətdə uşaqlarının gözü qarşısında nalayiq hərəkətlər edərək söyüşlər söymüşdür. O, məcbur olub “102” xidmətinə zəng etmişdir. Bundan sonra Şamil küçəyə çıxmış və əməllərini davam etdirmişdir. Səs-küyə qonşular da yığışmışdır. Polis əməkdaşları oraya gəlmiş, Şamili nizam-intizama dəvət etmələrinə baxmayaraq o, öz əməllərini davam etdirmişdir. Bu cür hadisələr əvvəllər də baş verdiyindən Şəxs həbs ilə bağlı cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib edən Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi X4 göstərdi ki, Şəxs daimi olaraq içkili vəziyyətdə evdə dava-dalaş salır, nalayiq söyüşlər söyür və bununla bağlı arvadı Qandayeva Sahilə tərəfindən polis şöbəsinə şikayətlər daxil olmuşdur. Təxminən 10 gün əvvəl Şamilin içkili vəziyyətdə evdə arvadı Sahiləni döyməsi ilə bağlı şöbədə araşdırma aparılır. xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində Qandayeva Sahilə “102” xidmətinə müraciət edərək bildirmişdir ki, əri Şamil içkili halda çılpaq vəziyyətdə nalayiq hərəkətlər edərək söyüşlər söymüşdür. Oraya gələn polis əməkdaşları Şamili nizam-intizama dəvət etmələrinə baxmayaraq o, əməllərini davam etdirmiş və çılpaq vəziyyətdə küçədə səs-küy salaraq söyüşlər söymüşdür. Onun səsküyünə qonşular da yığışmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs içkili halda 04 oktyabr 2022-ci il tarixdə Binə qəsəbəsində ictimai yerdə çılpaq vəziyyətdə səs-küy salaraq arvadı Nağıyeva (Qandayeva) Sahilə Rahat qızını nalayiq sözlərlə söyüb təhqir etmişdir. Oraya gələn polis əməkdaşlarının Şəxs nizam-intizama dəvət etmələrinə baxmayaraq o, öz hərəkətlərini davam etdirmişdir. İş materiallarına əlavə edilmiş 1/2212 nömrəli 04,10.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs sərxoşluq dərəcəsi yüngüldür (0,802%). Məhkəmə Şəxs əməli etiraf etməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Şəxs səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətini dayandırmasını tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərin davam etdirilməsini, xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1 və 33.1.7-ci maddələrinə əsasən məsuliyyətini ağırlaşdıran hallar kimi qiymətləndirir. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 02:35-də tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 04 oktyabr 2022-ci il saat 02:35-dən hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar