Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1569/2024 16.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respubikası DİN-nin Bakı şəhəri Xəzər rayon DYPŞ-nin polis leytenantı X4, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Cəbrayıl rayonunun Xudafirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respubikası DİN-nin Bakı şəhəri Xəzər rayon DYPŞ-nin daxil olmuş 16 iyul 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri, Xəzər rayonu, Atçılıq yaşayış sahəsində Binə Körpüsünün yanındakı giriş istiqamətinə hərəkətdə olarkən sürücülük hüququ olmadan idarə etdiyi “Volkswagen Passat” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 məxsus avtonəqliyyat vasitəsi ilə toqquşaraq maddi ziyan vurmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 07 iyul 2024-cü il tarixdə saat 11:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “Volkswagen Passat” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Atçılıq yaşayış sahəsində Binə Körpüsünün yanındakı giriş istiqamətinə hərəkətdə olarkən sərt döngədə düzgün manevr etmədən qarşıdan gələn “Mitsubishi ” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra dərhal avtomobilini irəlidə saxlayaraq zərərçəkmiş şəxsə yaxınlaşmış, xəsarət alan olmamış və onun avtomobilinədə maddi ziyan dəymişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilsədə o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respubikası DİN-nin Bakı şəhəri Xəzər rayon DYPŞ-nin polis leytenantı X5 ifadəsində göstərmişdir ki, Şəxs Bakı şəhəri, Xəzər rayonu, Atçılıq yaşayış sahəsində Binə Körpüsünün yanındakı giriş istiqamətinə sürücülük hüququ olmadan idarə etdiyi “Volkswagen Passat markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 məxsus avtonəqliyyat vasitəsi ilə toqquşmaqla zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləğini müəyyən etmək üçün avtomobilin qiymətləndirilməsi aparıldıqdan sonra müəyyən olunacaqdir. Bununlada, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 iyul 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri, Xəzər rayonu, Atçılıq yaşayış sahəsində Binə Körpüsünün yanındakı giriş istiqamətində sürücülük hüququ olmadan idarə etdiyi “Volkswagen Passat markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə X2 məxsus avtonəqliyyat vasitəsilə toqquşaraq maddi ziyan vurduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilmişdir; Xəzər RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru, polis baş leytenantı tərəfindən Şəxs və X1 iştirakları ilə tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Atçılıq yaşayış sahəsində baş vermiş, “Volkswagen Passat markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsini düzgün seçəmədiyi üçün “Mitsubishi ” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur; zərərçəkmiş şəxs X3 Xəəzr RPİ-nin DYPŞ-də verdiyi izahatından aydın olur ki, idarə etdiyi “Mitsubishi ” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 07 iyul 2024-cü il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Atçılıq yaşayış sahəsində Binə körpüsünün yanındakı giriş istiqamətinə hərəkətdə olarkən sərt döngədə qarşıdan gələn piyadaya yol vermək üçün saxladığı zaman arxadan gələn “Volkswagen Passat markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun yoluna çıxdı və nəticədə onun avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır, lakin onun avtomobilinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən onun səmimi peşman olmasını onun yüngülləşdirici hal kimi nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-1569/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1569/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver