Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1570/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru Heybət Yusifovun iştirakı ilə xx xxxxxx 1997-ci ildə Masallı rayonu, Köçəkli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, deməsinə görə subay, fərdi əməklə məşğul olan və əvvəllər inzibati məsuliyyətə cəlb olunan, Masallı rayonu Köçəkli kəndində qeydiyyatda olan, faktiki olaraq Abşeron rayonu, Gənclər şəhərciyində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 2-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 05 oktyabr 2022-ci il tarixli protokola əsasən Şəxs 26 sentyabr 2022-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, Q.Nəbi küçəsində X1 məxsus “Opel” markalı **-KY-*** dövlət nömrə nişanlı avtomobilindən avtomobilə aid sənədləri, bank kartlarını, 25 manat dəyərində qol saatını, 363 manat nağd pulu oğurlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Nicat Cahangirov tərəfindən 05 oktyabr 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, o, 2015-ci ildə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra o, Masallı Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək 01 ay 20 gün müddətinə inzibati həbs olunmuşdur. Maddi vəziyyəti ağır olduğuna görə xx.xx.2022ci il tarixdə Buzovna qəsəbəsində “Opel” markalı avtomobilin arxa yan şüşəsini daş parçası ilə sındıraraq oradan saxlanc yerini açaraq pul kisəsini, dirsək altından 363 manat deyil, 53 manat məbləğində pul və salondan bir ədəd qol saatını oğurlayaraq oradan uzaqlaşmışdır. Yaşadığı Xırdalan şəhərinə çatandan sonra pul kisəsini açıb içərisində olan pul kartlarını götürüb sənədlərlə birlikdə tullamışdır. Oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləmiş, bir ədəd qol saatını isə taksi sürücüsünə gediş haqqı olaraq vermişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xəzər RPİ-nin 2-cü PŞ-nin sahə inspektoru Heybət Yusifov göstərdi ki, elektron sistemdə olan məlumata əsasən Şəxs barəsində əvvəllər 7 dəfə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb olunması müəyyən olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 26 sentyabr 2022-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, Q.Nəbi küçəsində X1 məxsus “Opel” markalı **-KY-*** dövlət nömrə nişanlı avtomobilindən avtomobilə aid sənədləri, bank kartlarını, 25 manat dəyərində qol saatını, 363 manat nağd pulu oğurlamışdır. İş materiallarına əlavə edilmiş Xəzər rayon 2-ci PŞ-nin təhqiqatçısı Nicat Cahangirovun 05 oktyabr 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs 26 sentyabr 2022-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, Q.Nəbi küçəsində X1 məxsus “Opel” markalı **-KY-*** dövlət nömrə nişanlı avtomobilindən avtomobilə aid sənədləri, bank kartlarını, 25 manat dəyərində qol saatını, 363 manat nağd pulu talayaraq zərərçəkmiş şəxsə 388 manat zərər vurmuşdur. Toplanmış materal üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Məhkəmə Şəxs əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, əvvəllər oğurluqla bağlı cinayət və inzibati məsuliyyətə cəlb olunmasını, törətdiyi əməli nəzərə alıb hesab edir ki, onun barəsində ictimai işlər tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 05 oktyabr 2022-ci il tarixdə saat 06:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) ay müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 05 oktyabr 2022-ci il tarixdən saat 06:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1570/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1570/2022
05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver