Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1570/2024 17.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (Əmirəliyev) Mehdi Ənvər oğlunun iştirakları ilə, xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, deməsinə görə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, deməsinə görə ünvan 25-də yaşayan (Əmirəliyev) Mehdi Ənvər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən (Əmirəliyev) Mehdi Ənvər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X8 izahat verərək bildirdi ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 1(101)-826/09 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs və digərlərindən müştərək qaydada X9 xeyrinə 3107 manat, Şəxs, İ.İ.Nəsrullayev və İ.H.Feyziyevindən müştərək qaydada X2 xeyrinə 9816 manat, Şəxs və C.N.Qarayevdən müştərək qaydada X10 xeyrinə 5617 manat, Şəxs və İ.İ.Nəsrullayevdən müştərək qaydada X7 xeyrinə 9722 manat, X3 xeyrinə 3081 manat, X11 xeyrinə 480 manat, X15 xeyrinə 59033 manat, X1 xeyrinə 2791 manat, X12 xeyrinə 128660 manat, X16 xeyrinə 84540 manat, X13 və X4 xeyrinə 163560 manat, X6 xeyrinə 20000 manat tutulmalıdır. Həmin icra sənədinə əsasən Şəxs cəmi 242113,49 manat tutulmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Xəzər rayon İcra şöbəsinə daxil olmuş, bundan sonra icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin qərar Şəxsa rəsmi qaydada xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Bundan bir müddət sonra başqa icra sənədi ilə bağlı Şəxs icra şöbəsinə gəlmiş, lakin sonradan onun çağırışlarına cavab verməmiş və icra şöbəsinə gəlməmişdir. Buna görə də barəsində axtarış elan olunmuş və hazırda polis orqanı tərəfindən icra şöbəsinə gətirilmişdir. Həmçinin izahatında bildirdi ki, Şəxs azad olunduqdan sonra icra sənədi Nəsimi rayon icra şöbəsinə göndərilmiş, lakin Mehdi Xəzər rayonu ərazisində qeydiyyatda olduğundan icra sənədi aidiyyəti üzrə Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə Şəxs tərəfindən heç bir ödəniş olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (Əmirəliyev) Mehdi Ənvər oğlu özünü təqsirli bilərək izahatında bildirdi ki, 2022-ci ildə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Bundan sonra işi olmaması, həmçinin anasının səhətindən olan problemlərlə bağlı icra sənədi üzrə ödəniş edə bilməmişdir. Barəsində axtarış elan edilməsi ilə bağlı isə məlumatı olmamışdır. Hazırda 10 gündürki “Rentacar”da işə düzəlmiş və ayda 700-800 manat qazancı olacaqdır. Ona görə bundan sonra hər ay 500 manat ödəniş edəcəkdir. Hazırda isə 200 manat ödəniş edə bilər. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: - Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 1(101)-826/09 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsindən görünür ki, Şəxs, İ.İ.Nəsrullayev və C.N.Qarayevdən müştərək qaydada X9 xeyrinə 3107 manat, Şəxs, İ.İ.Nəsrullayev və İ.H.Feyziyevindən müştərək qaydada X2 xeyrinə 9816 manat, Şəxs və C.N.Qarayevdən müştərək qaydada X10 xeyrinə 5617 manat, Şəxs və İ.İ.Nəsrullayevdən müştərək qaydada X7 xeyrinə 9722 manat, X3 xeyrinə 3081 manat, X11 xeyrinə 480 manat, X15 xeyrinə 59033 manat, X1 xeyrinə 2791 manat, X12 xeyrinə 128660 manat, X16 xeyrinə 84540 manat, X13 və X4 xeyrinə 163560 manat, X6 xeyrinə 20000 manat tutulmalıdır. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan icra vərəsi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2022-ci il tarixdə rəsmi qaydada (Əmirəliyev) Mehdi Ənvər oğluna təqdim edilmiş, onun adına əmlakın (daşınar və daşınmaz, bank hesabları və s.) olub-olmaması barədə icra məmuru tərəfindən müxtəlif orqanlara, banklara sorğular edilmiş, lakin borclunun adına icra sənədi üzrə tələbin yönəldilə biləcək hər hansı bir əmlak aşkar edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, (Əmirəliyev) Mehdi Ənvər oğlu icra şöbəsinə gəlmədiyindən onun barəsində axtarış elan olunması haqqında icra məmuru tərəfindən qərar qəbul edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan (Əmirəliyev) Mehdi Ənvər oğlunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (Əmirəliyev) Mehdi Ənvər oğlunun icra sənədi barədə məlumatı var, lakin icra sənədindəki göstərilmiş tələbi qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmışdır. Ödəniş etməməsinin səbəbi isə işləməməsidir. Bu səbəbin isə üzrlü hesab edilməsi əsassızdır. Bu səbəbdən məhkəmə hesab edir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, (Əmirəliyev) Mehdi Ənvər oğlunun hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə (Əmirəliyev) Mehdi Ənvər oğlunun törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşman olmasını onun məsuliyyəti yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə (Əmirəliyev) Mehdi Ənvər oğlunun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq, onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (Əmirəliyev) Mehdi Ənvər oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1570/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1570/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver