Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1574/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, bir uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 07 oktyabr 2022-ci il tarixli protokola və iş materiallarına əsasən Şəxs 02 avqust 2022-ci il tarixdə X2 döymüşdür. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Arzuman İsmayılov tərəfindən 10 avqust 2022-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Həmin qərar əsasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi Bəxtiyar Quliyev tərəfindən protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, Könül İsgəndərova onun qaynı arvadıdır. Onlar Buzovna qəsəbəsində bir evdə yaşayırlar, lakin evin ayrı-ayrı girişləri vardır. 02 avqust 2022-ci il tarixdə o, işdə olarkən Könül onun qızı Sevinci nalayiq ifadələrlə təhqir etmişdir. İşdən evə gələndə qızı bu barədə ona demiş, o isə evin həyətində Könüldən bunun səbəbini soruşmuşdur. Könül isə onu da, nalayiq ifadələrlə təhqir etmişdir. O, da buna görə Könülü itələmişdir, lakin onu döyməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X3 göstərdi ki, Şəxs onun yaşadığı evə qeyri-qanuni olaraq gəlmiş və mübahisə yaradaraq onu evdən qovmaq istəyir. 02 avqust 2022-ci il tarixdə, saat 21:30-da evin həyətində olarkən Şəxs heç bir səbəb olmadan ona hücum edərək saçını yolmuş və bir neçə dəfə vuraraq xəsarət yetirmişdir. Həmin hadisələr dəfələrlə təkrarlandığından aralarında barışıq olmadığını bildirərək Şəxs cəzanın təyin olunması məsələsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və inzibati xəta haqqında protokol əsasında sübuta yetirilir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 08 avqust 2022-ci il tarixli, 977 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində hər iki bazunun, sol budun, sol baldırın qançırları, sağ saidin, sol süd vəzinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş və xəsarətlərin onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən 02 avqust 2022-ci il tarixdə törənməsi istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun barəsində həbs tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1574/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1574/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver