Məhkəmə qərarları › İş №3(003)-1575/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1575/2022

08.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1575/2022 08.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə ünvan 1ində doğulmuş, evli, tarixdə ünvan 1i ünvanında qeydiyyatda olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ə.Rəhimov küçəsində yerləşən evdə yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2022-ci il tarixli MN 1377748, saylı protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixində təxminən saat 13:30 radələrində içkili vəziyyətə Xəzər rayonu Şağan qəsəbəsi ərazisində gəzərkən yeni yaşayış massivi ərazisində yerləşən yarımtikli evin hasarının yaxınlığında ustaların düzəltdiyi ayaqaltının yaxınlığında dəmir arabanın içərisində laqonda, direl, elektrik naqilləri görmüş, əvvəlləcə ətrafa baxaraq heç kimin olmadığına əmin olduqdan sonra dəmir arabanın içərisində olan “laqonda” elektrik mişarını oğurlayaraq hadisə yerindən uzaqlaşmışdır. Elə həmin günü, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində oğurladığı elektrik mişarını Bakı şəhəri 8-ci km deyilən ərazidə yerləşən əşya bazarda tanımadığı şəxsə 40(qırx) manata satmışdır. O, törərdiyi əməli etiraf etmişdir. Qeyd olunanlarla bağlı müvafiq protokol tərtib edilmişdir. Hazırda da Şəxs barəsində inzibati təhbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xətaları törətdiyini etiraf edərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə içkili olmuş və bu səbəbdən elektrik mişarı oğurlamışdır. Oğurladığı mişarı 40 manata satmış, əldə etdiyi pulun 20 manatını mağazaya olan borcunu qaytarmış, qalan hissəsini isə tələbatları üçün xərcləmişdir. Həmçinin bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, oğurluğu isə istəmədən, içkili vəziyyətdə olduğuna görə etmişdir. Hazırda ona istinad edilən əməli etiraf edir və əməlindən peşman olmasını, himayəsində 15 yaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamadır. Müvafiq müddəanın qeydinə əsasən talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, Şəxs oğurlama yolu ilə özgəsinin əmlakını talamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və X3 məxsus “makita” markalı elektrik mişarını oğurlayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati qaydad tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti şöbənin müvafiq əməkdaşına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokola münasibət bildirərək hesab edir ki, həmin protokol üzrə Şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı protokola əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il X3 məxsus elektrik mişarı Xəzər rayonu Şağan qəsəbəsi yeni yaşayış massivi ərazisində yerləşən evdən oğurlamışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin izahatına əsasən ona 400 manat məbləğində ziyan dəymişdir. Bununla da o, Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan AZA seriyalı 011727 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbsə nisbətən daha yüngül inzibati tənbeh növündə tənbeh etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən, yəni, Şəxs tutulduğu andan hesablanmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X5 X1 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar